» » » Mühasibat uçotunun inkişaf mərhələləri (19-cu hissə)

Mühasibat uçotunun inkişaf mərhələləri (19-cu hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotuMühasibat uçotunun təşkili anlayışına o, üç elmenti daxil etmişdi:

  1. metod – metodoloji üsulların seçilməsi (permanent və ya adi inventar, kalkulyasiya variantı);
  2. sistem – aparatın strukturu, sənəd dövriyyəsi, hesabdarlığın forması;
  3. posedur – qeydiyyata alınmalı olan faktların seçilməsi qaydası.

İqtisadi istiqamətin nümayəndələri tərəfindən dörd uçot məktəbi təşkil edilmişdir: birinci – uçotu kapital anlayışından  kənarlaşdırırdı (nümyədəsi Ş. Panqlo); ikinci – qiymət kateqoriyasından (J.B. Dümarşe, J. Burnisyen); üçüncü – təsərrüfat əməliyytlarından və ya təsərrüfat həyatı faktlarından (R. Delaport); dördüncü – müəssisə tərəfindən (J. Flammink, J. Furastye).

Tarixən kapitalın uçotu vasitəsi kimi mühasibatlıq anlayışı üstünlük təşkil edirdi, sonra onu elementlərə parçaladılar və onun tərkib hissəsini –  dəyərini götürdülər. Ətraflı təhlil onun elementlərinin dəyərinin bir hissəsi kimi – iqtisadi əməliyyatları aşkar etməyə imkan verdi; analizdən sonra mühasibat uçotu haqqında bütün iqtisadi təsəvvürləri birləşdirmək üçün sintez gəldi; hər bir müəssisənin iqtisadi fəaliyyətinin təbiəti haqqında nəzəriyyəni sintez etmək lazımdır.

Hazırda Fransada ikili qeydiyyatı şərh etmək üçün yeni bir cəhd ortaya çıxıb: digrafizm resurslar və onların paylanması baxımından izah edilirdi. Bu yanaşma xətti cəbr, xətti proqramlaşdırma metodlarından istifadəni nəzərdə tuturdu və Garniyenin differensial balansına qarşı yaradılmışdı, EHM-nin köməyilə həyata keçirilən  inteqral uçot geniş yayılmışdı.

O, üç növ məsələnin kompleks həllini verməlidir:

1) mühasibat uçotunun ənənəvi məsələləri;

2) təsərrüfat fəaliyyətinin cari nəticələrinin uçotu;

3) qəbul edilən qərarları qiymətləndirməyə imkan verən qərarların nəticələrinin uçotu;

Dümarşe iddia edirdi ki, mühasibat uçotunda qiymətin iqtisadi kateqoriyası ciddi şəkildə müəyyən miqdarda məna kəsb edirdi, lakin qiymətləndirmə uçotun məqsədi kimi yox, kənardan mühasibat uçotuna verilmiş mövzu kimi çıxış etdiyindən, o, mühasibin yaradıcılığının məhsulu deyil, yalnız ona mühasibat uçotunun təsiri dairəsinə düşən müxtəlif obyektləri birləşdirməyə imkan verirdi. Dumarşe, təbii konsepsiyanı həyata keçirərək aşınma və amortizasiya anlayışlarını fərqləndirdi – amortizasiya məbləği aşınma məbləğinə bərabər olmalıdır.

Aşınma həm istehsal ilə bağlı, həm də mənəvi aşınma ola bilər: birincisi üstünlük təşkil edirsə, aşınma işin həcminə əsasən hesablanır, ikincisi isə istismar müddətinə əsaslanır. Aktivlərdə əsas deyil, dövriyyə vəsaitləri kimi təmin olunmuş amortizasiya hesabı ehtiyat kimi şərh olunurdu. Dumarşe balansın tipoloji analizini təqdim edən ilk şəxs idi. O, özünün inteqral adlandırdığı yeni hesabdarlıq forması işləyib hazırlamışdı. Onun mahiyyəti bundan ibarət idi ki, ilk tərtibatın hər bir hesabına sinxronik qeydlər (debet və kredit ayırmaları üçün) üçün iki jurnal açılmalıdır. Belə ki, uçota yalnız mürəkkəb provodkalar daxil edilirdi. Bu forma kartoçka hesabdarlığının istifadəsi zamanı və debet tərtibi cədvəl, kedit isə jurnal-order adlandırılan şərtlərdə böyük təsirə malik idi.


Məqalənin 18-ci hissəsini buradan oxuya bilərsiniz


Fransız uçotunda iqtisadi xəttin davamçısı R. Delaport idi və o, zaman və məkanda dəyərlərin hərəkətini uçot predmeti hesab edirdi.  O, üç növ dəyər obyektini fərqləndirirdi: mülkiyyət, məcburi olanlar və final, bu bölmə hesabların təsnifatını müəyyən edirdi. Onun nəzəriyyəsində başlıca olan mühasibat uçotunun idarəetmə funksiyaları kompleksi kimi şərh edilməsi idi, əgər XIX əsrdə Leote və Gilbo onlardan üçünü qeyd edirdilərsə, Delaport on bir funksiyanı qeyd edirdi:

1) statistik; 2) iqtisadi; 3) maliyyə; 4) hüquq; 5) büdcə; 6) idarəetmə; 7) nəzarətedici; 8) tarixi; 9) qeydiyyat; 10) siqnal; 11) müqayisəli.

J.Flammink isə əsasən uçot tarixçisi kimi tanınır. O, mühasibat uçotunu müəssisənin iqtisadiyyatı ilə birləşməsinə və Gomberq ruhunda ekonomoligiyanın ortaya çıxmasına, uçotun təkamülü kimi baxırdı.

J.Furastye hesab edirdi ki, mühasibat uçotu müəssisənin idarə olunması vasitəsidir, bu həm elmdir, həm də pul vahidlərində ifadə edilən və müəyyən əmlak növlərini təmsil edən dəyər hərəkətinin qeydiyyatı məqsədi daşıyan texnikadır. Furastye mühasibat uçotu və nəzarətin eyni olmadığını iddia edirdi: birincisi qeydiyyat tələb edir, ikincisi onun düzgünlüyünü və etibarlılığını göstərməlidir.mühasibat uçotu

XX əsrdə fransız məktəbi dəyərin üç növünü fərqləndirən amerikan alimlərinin təsirini hiss edirdilər: texniki, aktiv olanlar və struktur; bundan çıxış edərək, rentabellilik təhlili bu üç amil üzərində qurulmuşdu:

  1. satış qiymətlərinin müəyyən edilməsi – tarixi maya dəyərini hesablamaqla əldə edilirdi və bunlara cavab verirdi: a) müəyyən qiymət səviyyəsi; b) fəaliyyətin həcmi; v) məhsuldarlıq; q) mühasib tərəfindən qəbul edilən qaimə xərclərinin bölüşdürülməsi metodu;
  2. satış növləri üzrə nəticələrin müəyyən edilməsi – yalnız texniki maya dəyərinə aid əmrlərlə nail olunmurdu; məsuliyyət mərkəzləri səviyyəsində xərclərin müəyyən edilməsi əhəmiyyətli hesab edilirdi;
  3. müəssisənin ticarət siyasətinin daha rentabelli fəaliyyət növləri üzrə istiqamətləndirilməsi – rentabelliyin təhlili qısamüddətə və uzun müddətə bölünərsə, bu məqsəd həyata keçirilə bilər; birincisi, istehsal və satış vasitələrinin strukturunda dəyişiklikləri iqnor edirdi, eyni zamanda, bütün maya dəyərinin təhlili effektiv deyildi, çünki o, bütövlükdə müəssisənin fəaliyyətindən asılı idi;
  4. əmək məhsuldarlığının artırılması məqsədi ilə müəssisənin daxili fəaliyyətinə nəzarət – mühasibatlıq əməliyyat-texniki uçotunu tamamlayırsa, bu məqsəd yerinə yetirilə bilər. Nəzarət mərkəzlər kontekstində həyata keçirilirdi, mahiyyəti xərclərin miqdarı ilə debetləşdirilmiş və planlaşdırılan qiymətləndirməyə görə silinən dəyərlərə hesablanmış bir əməliyyat hesabının aparılmasına endirildi; faktiki qiymətləndirmənin planlaşdırılanlardan sapması günahkarlar tərəfindən öz əksini tapmışdır;
  5. Aktivlərin dəyərinin müəyyən edilməsi, xüsusən də ehtiyatların miqdarının qiymətləndirilməsi ehtiyatların dəyərinin düzgün qiymətləndirilməsidir və bu qiymətləndirmə sabit olmalıdır.

Pozitiv yönümlülüyə riayət edən fransız müəllifləri uçotun təşkili prosedurlarına böyük diqqət yetirirdilər. Dümarşe uçotu orqanizmə bənzədirdi, o, mühasibatlığın müxtəlif bölmələrinin işi və məqsədləri üçün təşkilatlar barədə xüsusi bölmə – hesabdarlığının orqanologiyası  elmini daxil etmişdi. Bütün bölmələr vahid bir orqanizm kimi bi-birini tamamlayırdı. Uçotun təşkili Qarnyenin əsərlərində daha geniş işıqlandırılırdı. Qarnye mühasibatlığa daxil olan bütün ilkin sənədlərin nömrələnməsini və onları ayrı – ayrı qovluqlara-borderoya qoymağı nəzərdə tutan borderonun formasını təsvir etmişdi. Hər bir provodka üçün ayrı bir qovluq açılırdı, sənədin nömrəsi və məbləği qeyd edilirdi. Ay başa çatdıqda mühasib yekunu hesablayırdı və nəticəni şahmat formasında Əsas kitaba köçürürdü. Beləliklə, bordero hesabdarlıq formasının təkamülünü başa çatdırdı.


Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun