» » » Excel 2019 – Yeni data növləri

Excel 2019 – Yeni data növləri

posted in: Excel, Xəbər | 0
birbank biznes

Excel 2019 – Yeni data növləri

Əvvəlki yazıların birində Excel 2019-dakı yeniliklərdən qısaca bəhs etmişdik. Bu yeniliklərdən biri ənənəvi data növlərinə 2 ədəd yenisinin əlavə edilməsi idi. Bunlar – Geography və Stocks data növləridir. Yeni data növlərini Data menusu altında tapa bilərik.

1. Stocks data növü

Bu data növü ilə şirkətlər haqqında kritik əhəmiyyət daşıyan əksər məlumatları Google-dan istifadə etmədən əldə edə bilərik. Fərz edək ki, aşağıdakı şirkətləri analiz etmək istəyirik.

Hal-hazırda bu şirkətlər default olaraq Text olaraq formatlanıb. Biz bu diapazonu aktivləşdirib, Data menusundan stocks data növünü seçdiyimiz anda, həm hər birini rəsmi adları ilə görmüş olacaq, həm də qarşılarında bu data növünə məxsus yeni simvollar ilə rastlaşacağıq.

Yeni formatlanmış datamız aşağıdakı kimi olacaqdır:

Bütün hadisələr bundan sonra başlayır. Ən sağda üstdəki plus işarəli dörtbucaqlının üzərinə kliklədiyimiz anda, o şirkətlər haqqında çəkə biləcəyimiz məlumatın siyahısı ilə qarşılaşırıq.

İstənilən məlumatın üzərinə klikləmək kifayət edəcəkdir. Misal olaraq, şirkətlərin CEO-ları, işçilərinin sayı, qurulduqları il və bazar dəyərlərini aşağıda görə bilərsiniz.

Bundan əlavə, eyni məlumatları formul vasitəsilə də əldə edə bilərik.

Formul vasitəsilə şirkət adına istinad verib, nöqtə yazdıqdan sonra, az öncəki bütün siyahı qarşımıza gələcəkdir. İstədiyimizi seçib, Enter-a basıb, digər xanalara kopyalayıb-yapışdırmaqla da prosesi yekunlaşdırmaq mümkündür.

2. Geography data növü

Eynilə Stocks data növündə olduğu kimi, müvafiq məlumatları ölkələr üçün də əldə etmək mümkündür.

Bu dəfə də, tamamilə eyni məntiqlə Data menusundan Geography data növünü seçirik.

Ölkələrin hər birinin əvvəlinə Geography data növünün simvolunun gəldiyini görürük. Bundan sonrası isə çox daha asandır – istədiyimiz məlumat növünü seçməklə, hər bir ölkənin qarşısına əlavə edirik.

Bütün müvafiq məlumatları formul vasitəsilə də gətirmək mümkündür.

Diqqətimizi çəkən bir məqam isə, #FIELD! xəta mesajıdır. Bu xəta mesajı, məlumat axtarıldığı mənbədə tapılmadığı zaman verilir.

Bütün bu məlumatların hardan gəldiyi sualına gəlincə isə, Microsoft öz veb-səhifəsində bildirir ki, məlumatlar Morningstar Inc. adlı şirkət tərəfindən fərqli ölkələrdəki 60 ədəd birjadakı məlumatlar əsasından formalaşdırılır.

Mənbə: xlstuff.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.