“Mühasibat uçotu” kursları
Qeydiyyat linki: https://form.cubics.pro/
Sizi yeni başlayacaq “Mühasibat uçotu” kurslarına dəvət edirik. Azərbaycan Mühasiblər Məktəbində dərslər mühasibat sahəsində başlanğıc səviyyəli mütəxəssislərin hazırlanmasına yönəldilmişdir. Kurslarımızda “0”dan başlayaraq asan üsulla və maraqlı metodlarla muhasibat uçotu barədə biliklər əldə edəcəksiniz.
Kurslarımız maliyyə və mühasibatlıq sahəsini öyrənən tələbələr və məzunlar, gələcəkdə karyerasını bu sahədə davam etdirməyi planlaşdıran mütəxəssislər üçün nəzərdə tutulub.
Əgər siz mühasibat və vergi uçotu sahəsində biliklər əldə etmək, nəzəri biliklərinizi praktikada tətbiq etmək, mühasibin gördüyü işlərlə tanış olmaq, hesabatların hazırlanmasını praktiki şəkildə öyrənmək istəyirsinizsə, bu kurs məhz sizin üçündür.
Təqdim olunan mühasibat kursları tələbələrə müəssisələrdə mühasib və ya mühasib köməkçisi kimi işləmək üçün lazımi bilik və bacarıqlar əldə etməyə imkan verir. Odur ki, kursu bitirən şəxslər kiçik mühasib, köməkçi mühasib kimi istənilən növ özəl müəssisələrdə iş tapa, işləyən zaman isə iş zamanı yaranan bütün çətinliklərlə bağlı bizə müraciət edə bilərlər. Kurs mühazirələrin praktik məşğələlərlə birləşdirilməsi prinsipinə əsaslanır.
Bu proqramı keçdikdən sonra əldə edilən biliklər məzunlara ilkin sənədləri müstəqil qəbul etməyə və nəzarət etməyə, əsas vəsaitlərin, istehsal xərcləri, maliyyə nəticələrinin uçotunu aparmağa imkan verir.
Kursun müddəti: 3 ay
Təlimçi barədə:
Kəmalə Rzayeva
İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.
Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir. Peşəkar Mühasib Sertifikatı (PMS) və Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (FR) sertifikatlarına sahibdir.
Videoya nəzər yetirməklə kurs və təlimçi ilə qısa şəkildə tanış ola bilərsiniz:
Qeydiyyat linki: https://form.cubics.pro/
Kursun proqramı aşağıdakı kimidir:
№ | MÖVZULAR | DƏRS /saat |
1 | Mühasibat uçotuna giriş; hesablar planı, ümumi anlayışlar, maliyyə bərabərliyi, debet/kredit və aktiv/passiv hesab anlayışları. |
3 dərs/6saat |
2 | Sınaq balansı, mənfəət və zərər haqqında hesabat, maliyyə vəziyyəti haqqında hesabat- balans hesabatı haqqında ümumi anlayışlar. | 3 dərs/6saat |
3 | Kassa və bank əməliyyatları; pul vəsaitlərinin uçotu, ƏDV depozit hesabı, kassa əməliyyatlarının uçotu, bank mədaxil və məxariclərinin uçotu, təhtəlhesab şəxslərlə hesablaşmalar, ezamiyyə normalarının hesablanması və uçotu. | 2 dərs/4saat |
4 | Ehtiyatlar ilə bağlı əməliyyatlar; ehtiyatların uçotu aparılan hesablar, ehtiyatların mədaxil və məxaricinin uçotu, mal-materialların silinməsinin FİFO, LİFO və AVCO metodları. | 3 dərs/6 saat |
5 | Alış və satış əməliyyatları; ƏDV-li satışların uçotu, ƏDV-li alışların uçotu.
ƏDV-siz satışların uçotu, ƏDV-siz alışların uçotu, xarici ölkələrdən alış və satışların uçotu. |
2 dərs/4 saat |
6 | Debitor borclar ilə bağlı əməliyyatlar; debitor anlayışı, debitorların uçotu aparılan hesablar və debitorların uçotu. | 1 dərs/2 saat |
7 | Kreditor borclar ilə bağlı əməliyatlar; kreditor anlayışı, kreditorların uçotu aparılan hesablar və kreditorların uçotu. | 1 dərs/2 saat |
8 | Əməkhaqqının, məzuniyyətin hesablanması və müxabirləşmələrinin edilməsi, əməkhaqqıdan tutulmalar, azadolma və güzəştlər. | 2 dərs/4 saat |
9 | Əsas vəsaitlər; əsas vəsaitlərin alışı, satışı, qəbul edilməsi, amortizasiyası (düz xətt metodu və azalan qalıq metodu), silinməsi və təmir edilməsi ilə bağlı əməliyatlar. Əmlak vergisi anlayışı və müxabirləşməsi. | 2 dərs/4 saat |
10 | Qeyri maddi aktivlər; qeyri-maddi aktivlərin alışı, satışı, qəbul edilməsi, amortizasiyası, silinməsi və təmir edilməsi ilə bağlı əməliyatlar. | 1 dərs/2saat |
11 | Gələcək dövrün xərcləri / gəlirləri ilə bağlı anlayışlar və müxabirləşmələrin edilməsi. | 1 dərs/2saat |
12 | İl sonu Balans dövriyyə balans və mənfəət zərər cədvəlinin hazırlanması. | 3 dərs/6saat |
Proqramı yükləyin: Mühasibat uçotu kursu – Proqram
Əlaqə:
Ünvan: Caspian Plaza