Bildiyiniz kimi, Microsoft, 24 sentyabr 2018-ci il tarixdə yeni Microsoft Office 2019 paketini bazara təqdim etdi. Bütün ofis proqramlarını yeniləmiş, vizual olaraq zənginləşdirmiş və inqilabi dəyişikliklər etmiş oldu. Bu yazıda, Excel 2019-dakı ən əhəmiyyətli yeniliklərdən bəhs edəcəyik. Bu yenilikləri – Menu dizaynı, yeni funksiyalar, diaqramlar, pivot cədvəllər, Power Pivot, Power Query, dinamik silsilələr (dynamic arrays) və yeni Data növləri altında qruplaşdıra bilərik.
Qeyd: Aşağıda qeyd etdiyimiz yeni xüsusiyyətlərin hər biri hələlik Insiders kateqoriyalı istifadəçilərdə aktivdir. Aylıq və ya yarımillik Office 365 abunəçilərində mərhələli olaraq hər biri aktivləşdiriləcəkdir.
1. Menu Dizaynı
Aşağıda, hər menuya aid skrinləri görə bilərsiniz. Yenilənmiş menu dizaynı fantastikdir, çox zövqlü və baxımlıdır.