» » » Exceldə soldan sağa doğru sıralamanı necə apara bilərik?

Exceldə soldan sağa doğru sıralamanı necə apara bilərik?

posted in: Excel, Xəbər | 0

Exceldə soldan sağa doğru sıralama (Sorting)

Yuxarıdan aşağı doğru sıralama, Excel-in default özəlliklərindəndir və hər kəs tərəfindən bilinməkdədir. Lakin, datamız sütunlar üzrə deyil, sətirlər üzrə isə, soldan sağa doğru sıralamanı necə apara bilərik? Bu yazıda bu mövzuya toxunacağıq. Aşağıdakı kimi bir cədvəlimiz olsun:

Bu cədvəldəki köynəkləri anbardakı saylarına görə ən azdan ən çoxa doğru sıralamaq istəsək, problemlə qarşılacağıq, çünki ənənəvi olaraq Excel ancaq yuxarıdan aşağıya doğru sıralaya bilir. Bu problemi həll etmənin 2 üsulu vardır.

Biznes hesabi

Üsul 1 – Transpose ilə

Sətirləri sütunlara, sütunları sətirlərə çevirməyə yarayan Transpose etmək haqqında yazmışdıq. Bu üsulla, yuxarıdakı cədvəli öncə “sütun” cədvəlinə transpose edib, istədiyimiz sıralamanı apardıqdan sonra isə yenidən transpose edərək, indiki halına, yəni “sətir” cədvəlinə geri qaytararaq məsələni həll edə bilərik.

Bu üsul sizə qəliz gəlirsə, aşağıda ikinci üsuldan istifadə edə bilərsiniz.

Üsul 2 – Sorting ilə

Ən soldakı başlıqlar xaricindəki bütün diapazonu seçib, Data >> Sort >> Options >> Sort left to right seçərək məsələnin həllinə başlayırıq.

Bu zaman, qarşımıza yeni bir dialoq qutusu çıxacaq. Neçənci sıraya uyğun sıralama aparmaq istədiyimizi (4-cü sətir) və sıralama prinsipini (kiçikdən böyüyə) seçərək OK düyməsini klikləyirik.

Cədvəlimiz istəyimizə uyğun olaraq şəkillənmiş olacaq.

Ədədlərin sıralaması asan olmaqla bərabər, qarşımıza başqa bir problem də çıxır. Fərz edək ki, yuxarıdakı sıralamanı köynəklərin ölçülərinə uyğun etmək istəyirik (XS – … – XL). Bu halda, adi əlifba sıralaması da kömək etməyəcək. Lakin, Exceldə hər şeyin bir həll yolu vardır.

Öncəliklə, daha öncə açdığımız dialoq qutusunu bir daha açırıq.

Ölçülər 2-ci sətirdə olduğu üçün Row 2Cell Values və Order hissəsindən Custom List seçirik.

Custom List dialoq qutumuzda, ölçülərin sıralamasını Enter düyməsinə bir-bir basaraq daxil edib, Add və OK düymələrini klikləyirik.

Qarşımızda Sort qutusunda bu siyahının əmələ gəldiyini müşahidə edəcəyik.

İstədiyimiz sıralamanı seçdikdən sonra isə cədvəlimiz yekun halını almış olacaqdır.

Müəllif: Elçin Xəlilov


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Excel