» » » Excel-də Weekday funksiyası

Excel-də Weekday funksiyası

posted in: Excel, Xəbər | 0
birbank biznes

Excel-də Weekday funksiyası.

Hər hansı bir tarixin həftənin neçənci gününə təsadüf etdiyini WEEKDAY funksiyası ilə öyrənə bilərik. Bunun üçün WEEKDAY funksiyasının daxilinə həmin tarixi əlavə edib, kiçik bir nüansı da əlavə etməliyik.

Mövzuya başlamadan öncə qeyd etmək istərdim ki, Excel-də təqvim 01.01.1900 il tarixdən başlayır. Yəni, hər hansı bir səbəblə daha əvvəlki tarixə aid hər hansı bir hesablama aparmaq istəsək, Excel o tarixi tanımayacaq. Bundan əlavə, hər bir tarixin ardıcıl məntiqlə seriya nömrəsi mövcuddur. Təbii olaraq, 01.01.1900-cu il tarixinin seriya nömrəsi 1-dir. Günlər keçdikcə seriya nömrələri də ardıcıl qaydada artır.

Maraq üçün, gəlin həmin tarixin həftənin neçənci gününə düşdüyünə baxaq. Öncə formulu yazıb, daha sonra izahını verəcəyəm.

WEEKDAY function - 1

Formul bizə 01.01.1900-cu il tarixin həftənin bazar gününə düşdüyünü göstərir. Formulun düzgün işlədiyindən əmin olmaq üçün 01.01.1900 tarixindən 08.01.1900 tarixinə qədər olan günləri müqayisəli şəkildə analiz edək.

WEEKDAY function - 2

Gördüyümüz kimi, formul düzgün işləyir, tarix irəlilədikcə, həftənin günləri də müvafiq olaraq dəyişir. İndi isə, gəlin formulun komponentlərinə baxaq.

İlk screenshot-dan da gördüyümüz kimi, formul aşağıdakı kimi yazılır.

=WEEKDAY(tarix_olan_xana;2)

Bəs, bu 2 rəqəmi nə ifadə edir?

Formulu yazarkən, tarix olan xananı qeyd etdikdən sonra, funksiyanın ikinci komponenti ilə qarşılaşırıq (return_type).

WEEKDAY function - 3

Excel bizdən həftəmizin hansı gün ilə başlanmasını istədiyimiz soruşur. Bizim normal həftəmiz Bazar Ertəsi (1) ilə başlayıb, Bazar günü (7) ilə bitdiyi üçün, 2 rəqəmini seçirik. Əgər heç bir rəqəm seçməsək, Excel avtomatik 1 rəqəmi kimi nəzərə alacaq, yəni həftənin başlanğıcını Sunday olaraq götürəcəkdir.

İstənilən tarixin (gələcək də daxil) həftənin hansı gününə düşdüyünü öyrənə və bunu hesabatlarda istifadə edə bilərik.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *