» » » Daşınmaz əmlak satışından verginin Exceldə hesablanması

Daşınmaz əmlak satışından verginin Exceldə hesablanması

posted in: Excel, Vergi, Xəbər | 0
birbank biznes

Hamımıza məlumdur ki, 1 yanvar 2016-cı il tarixindən etibarən, Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirən şəxslər notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur. Yəni, bundan sonra satılacaq hər bir daşınmaz əmlaka görə sadələşdirilmiş vergi ödəmə məcburiyyəti vardır.

Bu verginin Exceldə avtomatik necə hesablanacağını isə, bu yazımızda müzakirə edəcəyik.

Bunun üçün, əvvəlcə hazır cədvəl və hesablamalar olan faylımızı yükləyək:   Daşınmaz əmlak satışından vergi (352 downloads )

Gördüyümüz kimi, faylda cəmi 2 cədvəl var. Sağdakı cədvəldə zonalar üzrə məlumatlar, sağdakı cədvəldə isə, hesablamalarımız yer alır.

Verginin hesablanmasi - 1.png

 

 

 

 

 

 

 

 

 

 

Bakı şəhəri üzrə daşınmaz əmlakınızın hansı zonaya aid olduğunu öyrənmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarına baxmanız kifayətdir.

Əsas işimizə yarayan sol cədvəldə isə, sadəcə sarı ilə seçilmiş olan sahələr, yəni – daşınmaz əmlakınızın Yaşayış vəya Qeyri-yaşayış sahəsi olması, sahəsi və əmlakınızın zonasını seçməyimiz kifayət edəcəkdir. Vergimiz avtomatik hesablanmış olacaqdır.

Verginin hesablanmasi - 2

 

 

 

 

 

 

 

 

 

Bu 3 komponenti düzgün daxil etdikdən sonra, vergimiz avtomatik hesablanacaqdır. Məsələn, Bakı şəhəri 5-ci zonada yerləşən 150 m2 sahəsi olan qeyri-yaşayış əmlakımızı satsaq, 6,075 AZN sadələşdirilmiş vergi ödəməli olacağıq.

Verginin hesablanmasi - 3

 

 

 

 

 

 

 

Müəllif: Elçin Xəlilov

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *