» » » PMS 1 imtahanına hazırlıq kursu

PMS 1 imtahanına hazırlıq kursu

posted in: Xəbər | 0

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS 1-ci mərhələsinə hazırlıq kursuna başladıq.

Kursumuz PMS imtahanının 1-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS.

Təlimçi: Gülşən Orucova

2011-ci ildən maliyyə sahəsində fəaliyyət göstərən Gülşən Orucova 2015-ci ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “İmtahanların təşkili və keyfiyyət təminatı” şöbəsinin müdiri vəzifəsində çalışır.

Biznes hesabi

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin MBA magistr pilləsində və Azərbaycan Turizm və Menecment Universiteti ilə tərəfdaş ali təhsil müəssisəsi – Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) proqramı üzrə beynəlxalq standartlara uyğun Mühasibat uçotu və Maliyyə hesabatlarının hazırlanması fənlərini ingilis dilində tədris edir.

3 ilə yaxındır “PMS imtahanlarının birinci mərhələsinə hazırlıq” kurslarının təlimçisidir.

ACCA proqramı üzrə sertifikatlara və eyni zamanda IPSAS üzrə müvəffəqiyyət sertifikatına malikdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: 26 dərs / Həftədə 2 dəfə

Kursa daxildir:

  • 26 dərs (52 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzuların adı Saatların miqdarı
1 Maliyyə hesabatlarının konseptual əsasları

1 №-li Maliyyə hesabatlarının təqdimatı işlər

2 №-li Mal-material ehtiyatları və qısamüddətli başa çatdırılmamış işlər

4
2 41 №-li MUBS “Kənd təsərrüfatı”

6 № MHBS Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi

16 №-li MUBS “Torpaq, tikili və avadanlıqlar”

4
3 16 №-li MUBS “Torpaq, tikili və avadanlıqlar”

38 №-li MUBS “Qeyri-maddi aktivlər”

4
4 23 №-li MUBS “Borclar üzrə məsrəflər”

36 №-li MUBS “Aktivlərin Qiymətdən düşməsi”

4
5 40 №-li MUBS “İnvestisiya mülkiyyəti”

5 №-li MHBS Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar.

16 №-li MHBS “İcarələr”

4
6 20 №-li MUBS “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması”

10 №-li MUBS “Hesabat dövründən sonrakı hadisələr “

37 №-li MUBS “Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər”

8 №li MUBS “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər”

4
7 21 №-li MUBS “Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri”

19 №li MHBS İşçilərin mükafatlandırılması

26 №li MHBS “Pensiya təminatı planları üzrə mühasibat uçotu və hesabatlılığı”

4
8 Sınaq müzakirəsi

15 №li MHBS Müştərilərlə müqavilələr üzrə gəlirlər

4
9 12 №-li MUBS “Mənfəət vergisi”

29 №-li MUBS “Hiperinflyasiyalı iqtisadiyyatlarda maliyyə hesabatlılığı”

4
10 9 №li MHBS Maliyyə alətləri

8 №-li MHBS Əməliyyat seqmentləri

4
11 3 №-li MHBS Müəssisələrin birləşməsi

11 №-li MHBS Birgə razılaşmalar

27 №li MHBS Fərdi maliyyə hesabatları

10 №li MHBS Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları

4
12 24 №-li MHBS Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması

7 №-li MUBS “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”

4
13 28 №-li MUBS “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları”

Müvafiq normativ-hüquqi aktların izahı

4
Cəmi 52

 

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/


Əlaqə:


Ünvan: Caspian Plaza