Xanadakı məlumatın gizlədilməsi
Hər hansı bir səbəblə hər hansı bir xanadakı məlumatın görünməsini istəmirsinizsə, ya həmin xananı fon rəngi ilə eyni rəngə boyamalı, ya da daha professional yol olaraq, xananın formatını dəyişməlisiniz.
D3 xanasındakı 1,000 məbləğinin görünməməsini istəyirsinizsə, etməli olduğunuz aşağıdakı kimidir:
- Ya D3 xanasının üzərinə gəlib sağ klikləyib, ordan da Format Cells seçilməli, ya da Ctrl+1 kombinasiyasından istifadə edilməlidir. Qarşımıza formatlama qutusu çıxacaq.
2. Qutunun Custom hissəsinə gedib, qırmızı düzbücaqlı ilə işarələnmiş hissəsinə arxa-arxaya 3 ədəd nöqtəli vergül yazılmalıdır. (“;;;“). OK düyməsinə kliklədiyiniz zaman xanadakı məbləğin “itdiyini” görəcəksiniz.
D3 xanasında artıq heç bir məbləğ yoxdur. Lakin, bu məbləğ heç yerə silinməyib, Formula Bar-dan da göründüyü kimi. Sadəcə olaraq, formatı dəyişdirdiyimiz üçün “gözəgörünməz” olub.
Müəllif: Elçin Xəlilov
Leave a Reply