Şaquli cədvəlin emalı haqqında məlumat
Bu dəfə göstərdiyimiz texnika ilk baxışda mürəkkəb görsənə bilər, lakin bir necə dəfə cəhd etdikdən sonra rahatlıqla alınacaq.
Bəzi mühasibatlıq sistemlərindən cədvəllər və ya hesabatlar text formatında çıxır. Nümunə üçün debitorlar haqqında məlumata baxaq:
Burada hər blok üzrə 1-ci sətir təqdim edilən hesabın tarixi, 2-ci sətir müştərinin adı, 3-cü sətir hesabın nömrəsi, 4-cü sətir hesabın məbləği və sonuncu sətir isə hesabın ödənilməsi üçün müəyyənləşdirilmiş son tarixdir.
Bu cədvəlin emal edilməsi texnikasını göstərmək istəyirəm. Bu cədvəli kopalayaraq Excelə ataq və Excel cədvəlində aradakı boş sətrləri silək. Bunun üçün sütunu tam seçirik, Ctrl+G düymələrini basırıq və GO TO menyusu açılır. Aşağıakı addılmarı ardıcıllıqla edin:
Bundan sonra A1 xanasını aktiv edirsiniz və DEVELOPER menyusuna keçərək Use Relative Reference alt menyusunu aktiv edirik.
Kimdə DEVELOPER menyusu aktiv deyildirsə onu aşağıdakı təlimat vasitəsi ilə aktiv edin.
Növbəti addımda maraqlı və sadə bir texnikadan istifadə edəcəyik. Bunu üçün Record Marco düyməsini basırıq və açılan pəncərədə makrosa cədvəl adı qoyuruq. Bundan sonra Ctrl+X düymələrindən birinci blokun sətrlərini kəsərək addım-addım göstərilən qaydada aşağıakı əməliyyatları yerinə yetirək:
Burada yazılan makrosa iki sətir sadə kod yazacayıq.
Əvvəlinə do until selection = ""
, axırına isə loop
komandası yazırıq:
İndi yazdığımız makrosu işə salırıq:
Artıq alınan cədvəl ilə işləmək çox rahatdır. Cədvələ başlıqlar əlavə edirik:
Bu cədvvəldə isə müxtəlif analızlər etmək olar. Məsələn Debitorların gecikmə günləri üzrə bölgüsünə baxaq. Exceldə TODAY() adlı bir funksiya mövcuddur. Bu funksiyanı istənilən xanaya yazdıqda cari tarixi göstərir. Əgər həmin cədvəl növbəti gün açılsa, tarix avtomatik olaraq növbəti günün tarixinə çevrilir:
Cədvəlimizə yeni sütün əlavə edək və həmin sütuna Today() funksiyasını əlavə edək:
İndi əgər biz cari tarixdən son ödəmə tarixini çıxsaq, müəyyənləşdirəcəyik ki, həmin müştəri bizə ödənişi neçə gün gecikdirib:
Sonra Pivot Table funksiyası vasitəsi ilə cədvəli emal etmək olar:
Yekunda sadə formada müştərilərin gecikmələri üzrə cədvəl alınır. Nümunə üçün həmin cədvəli əlavə edirik.
Şaquli cədvəlin emalı - YÜKLƏ (741 downloads )
Müəllif: Zaur İsmayılov
Teleqram qrupumuza üzv olun
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun