» » » Audit Xidmətləri

Audit Xidmətləri

posted in: Audit, audit xidməti | 0

Audit.Az sizə peşəkar audit xidmətləri-nin göstərilməsini təklif edir. Bu sahədə ixtisaslaşmış mütəxəssislər sizin biznesinizin uğurlu inkişafına təkan verəcəkdir.

Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Audit xidməti haqqında qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə şamil edilir.

audit xidmətləri

2 cür audit yoxlaması mövcuddur.

  • Məcburi audit – Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan auditə deyilir.
  • Könüllü audit – Təsərrüfat subyektinin öz təşəbbüsü ilə keçirilən auditdir.

Audit xidmətləri-ni aşağıdakı şəkildə təsnif etmək olar:

  • Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama
  • Ekspertiza
  • Təhlil aparılması və yazılı rəy verilməsi
  • Mühasibat uçotunun qurulması
  • Hesabat göstəricilərinin dürüstlüyünü müəyyən edilməsi

Şirkətinizin Mühasibat və Vergi auditini Audit.Az-a etibar etməklə münasib qiymətə yüksək keyfiyyətli iş almış olacaqsınız.

 

Leave a Reply

Your email address will not be published.