» » » Vergi auditi xidməti: məzmunu və qiyməti

Vergi auditi xidməti: məzmunu və qiyməti

posted in: Audit, Vergi | 0
birbank biznes

Vergi auditi xidməti – sizi mühafizə edən qalxan

Vergilərin hesablanması və ödənişi zamanı səhvlər və şübhəli əməliyyatlar səyyar vergi yoxlaması riskinə səbəb olur. Bu isə öz arxasıyla vergi pozuntularına görə maliyyə sanksiyaları, inzibati, hətta cinayət məsuliyyəti gətirə bilər. Bundan necə qaçmaq olar? Accounting Az-da vergi auditi xidmətləri sifariş edin və:

  • şirkəti maliyyə sanksiyalarından;
  • rəhbər işçiləri inzibati və cinayət məsuliyyətindən;
  • təsisçi və səhmdarları isə maliyyə itkilərindən mühafizə edin.

Vergi mütəxəssisləri və auditorlarımız səhvləri, riskləri müəyyən edəcək, artıq ödəmələri və əskik keçirilmiş məbləğləri aşkar edəcək, problemin həll yollarını göstərəcək, ehtiyatları tapacaqlar (səhvən ödənilmiş əlavə məbləğlər, istifadə olunmamış vergi güzəştləri və sair.).

Vergi auditi nədir?

Bu gün dünya sürətlə dəyişir, bu dəyişikliklər iqtisadi münasibətlərə təsir edir. Nəticədə vergi qanunvericiliyi də dəyişikliyə məruz qalır. Müntəzəm dəyişikliyi izləmək, bəzən, vergi ödəyicisi üçün çətinlik törədir, onu əsas biznes fəaliyyətindən ayırır. Nəticədə:

  • biznesin inkişafı ləngiyir, müştəri məmnuniyyəti aşağı düşür, yaxud;
  • aparılan vergi yoxlaması zamanı müəyyən edilən pozuntular (fərq etməz, bilərəkdən yaxud bilməyərəkdən) cərimələr şəklində iri məbləğ itkisinə səbəb olur.

Auditin bu növü vergi qanunvericiliyinin müntəzəm inkişafı fonunda riskləri mümkün qədər azaltmaq, maliyyə, inzibati sanksiyalardan mümkün qədər qaçmaq üçün əhəmiyyətlidir. Vergi auditi xidməti vasitəsi ilə siz:

  • maliyyə hesabatlarının və uçot sənədlərinin standartlara uyğunluğunu biləcək;
  • vergi ilə hesablaşmaların və ödənişlərinin etibarlılığını müəyyən edəcək;
  • vergi bəyannamələrinə nəzarət etmiş olacaqsınız.

Hansı hallarda vergi auditi zəruridir?

  • vergilərin risklərini aradan qaldırmaq üçün uçotu yoxlamaq lazımdır;
  • şirkət fəaliyyət növü dəyişir yaxud yenidən təşkil olunur;
  • rəhbərlik, habelə baş mühasib dəyişdirilib;
  • şirkət ixrac yaxud idxalla əlaqəli fəaliyyət göstərir;
  • şirkət mövcud olan vergi rejimləri birləşdirilir;
  • mülkiyyətçilər şirkətdə vergi ehtiyatları yaxud verginin optimallaşdırılması yollarını axtarırlar;
  • vergi qurumlarından daxil olan sorğuların tezliyi artıb yaxud vergi yoxlaması gözlənilir.

Şirkətdə bu halların biri yaxud bir neçəsi mövcud ola bilər, əsas məsələ problemə operativ reaksiya verilməsidir. Kim ilk fərqinə varırsa, o uduzmaz. Bunu vergi ilə münasibətlərə də aid etmək olar. Əgər şirkətdə vergi uçotunun vəziyyətinə bələdsinizsə, mövcud nöqsanların səviyyəsindən xəbərdarsınızsa, deməli bir addım öndəsiniz.

Bir addım öndə olmaq üçün, Əlaqə səhifəmizdən sizə uyğun ünsiyyət vasitələrindən birini seçin, vergi auditi xidmətini sifariş edin. Şərəf duyarıq!

Nəyə görə Accounting Az?

  • şirkətimizin mühasibat, vergi və audit xidmətləri bazarında 10 ildən çox iş təcrübəsi var;
  • əməkdaşlarımız müxtəlif audit şirkətlərində çalışıb, mühasibat, vergi uçotu sahəsində uzunmüddətli təcrübəyə malikdirlər;
  • şirkətin rəhbəri Azərbaycan Auditorlar Palatasının üzvü olub, sahə üzrə çoxsaylı məqalələrin müəllifidir;
  • Accounting.Az yalnız respublikada deyil, həm də beynəlxalq arenada tanınır – beynəlxalq  Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası – PrimeGlobal-ın Azərbaycandan ilk və yeganə üzvüdür.

Biz necə işləyirik?

  1. Sifarişçinin istək və məqsədlərini müəyyən edir, audit təklifi üçün lazım olan informasiyanı toplayırıq;
  2. Toplanmış məlumatlara uyğun audit təklifi hazırlayır, şərtləri, fəaliyyət strategiyasını, xidmətin göstərilməsi üçün iş rejimini razılaşdıraraq müqaviləni imzalayırıq;
  3. Müəyyən edilmiş müddətdə vergi auditi xidmətini həyata keçirir, bu proses zamanı aşkar edilən vergi pozuntuları barədə hesabat verir, səhvlərin aradan qaldırılması yollarını göstəririk.
  4. Mümkün vergi risklərini qiymətləndirir, vergi optimizasiyası üzrə təklifləri hazırlayır, əlavə vergi ehtiyatlarını (güzəştlər və sair) aşkar edir, müvafiq təkliflər veririk;
  5. Vergi pozuntularının aradan qaldırılması istiqamətində köməyə ehtiyac olarsa, mütəxəssislərimiz sizə kömək edər. Bunu ayrıca müzakirə edə bilərik.
  6. Vəziyyəti yaxşılaşdırmaq üçün tövsiyələrdən ibarət risk və ehtiyatlar haqqında hesabat hazırlayırıq.

+99412 310 09 29, +99412 598 37 98 telefon nömrələrinə zəng edin, WhatsApp-a (+99450 225 82 05) yazın, Geriyə zəng” xidmətindən istifadə edin. Biz sizinlə əməkdaşlığa şad olarıq!

Bizimlə işləmək rahatdır, qiymətlərimiz sərfəlidir. İstəyinizə uyğun vergi auditi xidməti üçün tapşırıqlarınızı bizə göndərin, qiymət intervalını  e-poçt vasitəsilə alacaqsınız. Audit təklifini formalaşdırmaq üçün Accounting.Az mütəxəssisləri sizinlə telefon və ya WhatsApp vasitəsilə əlaqə saxlayacaq.