Bildiyimiz kimi, 2020-ci il 1 yanvar tarixindən Əmək haqqı tutulmalarında olacaq dəyişikliklər İcbari Tibbi sığorta məbləği ilə bağlıdır. Belə ki, artıq 2-ci oxunuşdan keçmiş “Tibbi Sığorta Haqqında” qanun qüvvəyə minərsə, İcbari Tibbi Sığorta üzrə hesablamalar aşağıdakı kimi olacaqdır:
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
- neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;
Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin 2019 və 2020-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:
2019 | 2020 | |
Əmək Haqqı Məbləği | 500 | 500 |
Gəlir vergisi (işçi tərəfindən) | 0 | 0 |
Pensiya Fondu (işçi tərəfindən) | 36 | 36 |
Pensiya Fondu (işəgötürən tərəfindən) | 89 | 89 |
İşsizikdən Sığorta Haqqı (İşçi tərəfindən) | 2,5 | 2,5 |
İşsizikdən Sığorta Haqqı (İşəgötürən tərəfindən) | 2,5 | 2,5 |
İcbari Tibbi Sığorta Haqqı (İşçi tərəfindən) | 0 | 5 |
İcbari Tibbi Sığorta Haqqı (İşəgötürən tərəfindən) | 0 | 5 |
İşçinin aldığı net əmək haqqı | 461,5 | 456,5 |
2020-ci il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz. Amma nəzərə alın ki, bu hesablama cədvəli “tibbi sığorta haqqında” qanun qüvvəyə mindikdən sonra istifadə edilə bilər.