Mühasiblər üçün exceldə daha yaxşı cəmləmə metodu.
Sizcə exceldə ən çox işlənən funksiya hansıdır?
Bu sözsüz SUM(), yəni cəmləmə funksiyasıdır.
Mən təcrübəmdə elə bir excel cədvəli görməmişəm ki, həmin cədvəldə bu funksiyadan istifadə olunmasın. Xüsusi ilə də mühasiblərin istifadə etdiyi ən geniş yayılmış funksiyadır.
Lakin sizə bildirmək istəyirəm ki, SUM() funksiyasından daha yaxşı və daha effektiv funksiya mövcuddur. Xüsusi ilə mühasibat uçotu ilə məşğul olanlar üçün bu funksiya əvəzedilməzdir.
Böyük məmuniyyətlə sizi SUBTOTAL funksiyası ilə tanış etmək istəyirəm.
Bu funksiyanın iş prinsipini göstərəcəyim aşağıdakı misallarda aydın izah etməyə çalışacam.
SUTBOTAL funksiyasının iki arqumenti var, birinci arqument* riyazi funksiyaların nömrəsini əlavə edirəm:

Bu funksiyanın tədbiqinin effektivliyini aşağıdakı misalla izah etmək istəyirəm.
Balans hesabatı
Nümunəvi balans hesabatına baxaq:
Əgər biz ənənəvi SUM() funksiyasından istifadə etsək aşağıdaki cədvəl alınar:
Yuxarıdakı cədvəldə əgər Pul vəsaitinin alt sətrinə yeni sətir, məsələn mal-material ehtiyatları əlavə etsək, Cəmi aktivlər avtomatik olaraq dəyişməyəcək. Bu baxımdan maliyyə hesabatlarında SUM() funksiyasının istifadəsi səhvlərin edilməsi ehtimalını artırır.
İndi eyni cədvəl üçün SUBTOTAL funksiyasından istifadə edək:
SUBTOTAL funksiyasının əsas xüsusiyyətlərindən biri də odur ki, əgər cəmlənəcək diapazonda digər aralıq SUBTOTAL funksiyası istifadə edilərsə, həmin aralıq cəmlər ümumi cəmdə nəzərə alınmır.
Yəni siz istənilən əlavə sətir əlavə etsəniz cəm avtomatik olaraq yenilənəcək.
Departamentlər üzrə cəm
Digər bir misala baxaq. Üç departament, şərti olaraq A, B, C departamentləri üzrə aralıq cəml və yekun cəm almaq lazımdır. Hər üç departament üçün aralıq cəmlər SUBTOTAL() funksiyasının köməyi ilə alınır. Həmçinin yekun cəmin alınması üçün yenidən bu funksiyadan istifadə edilir. Yuxarıda qeyd etdiyim kimi yekun cəm hesablanarkən aralıq cəmlər nəzərə alınmır. Nəticə aşağıdakı şəkildə göstərildiyi kimi olur:
Müəllif: Zaur İsmayılov