birbank biznes

Müasir dövrdə iqtisadiyyatın inkişafı və təsərrüfat prosesinin müxtəlif istiqamətdə baş verməsi ilə bağlı siyasətin formalaşması mühasibat uçotunun nəzəriyyə və təcrübədə istifadəsinin formasını dəyişir. Məhz bu cür hallar hər bir qurulus və onlarda icrasını
həyata kecirən şirkət, firma, birlik, müəssisə, təşkilat və s.-nin təsərrüfat fəaliyyəti ilə əlaqədar olan ayrı-ayrı səxslərin maragını həm əks etdirir, həm də gizlədir. Mühasibat uçotunun nəzəriyyə və təcrübəsinin meydana gəlməsinin öyrənilməsi mütəxəssislər tərəfindən təsərrüfat həyatında baş verən halların obyektiv qiymətləndirilməsinə və elmi proqnozlaşdırma texnikasının mənimsənilməsinə geniş
şərait yaradır.


Uçot isçilərinin beynəlmiləl emblemi ilə tanınmış (dərsliyin üz qabığında olan) mühasiblərin gerbində günəş, tərəzi, Bernulli əyrisi əks olunmuş və onun “Elm Vicdanlıq Müstəqillik” rəmzi kimi ifadə olunan şüarı verilmişdir. Günəş maliyyə fəaliyyətinin
nəticələrinin şəffaflığını əks etdirən mühasibat uçotunu, tərəzi – balansı (bərabərliyi), Bernulli əyrisi uçotun daimi olacağı rəmzini ifadə edir. Tarixə məlum olan və mühafizə edilib saxlanılmış uçot sənədləri qədim uçot işçilərinə və onların işlərinə yüksək diqqət və qiymət verilməsini təsdiq edir. Sözügedən sənədlərə əsasən uçotu allahın sirri adlandırmış, ona xidmət etməyi müqəddəs borc saymışlar… Bu sənədlərin araşdırılması göstərir ki, qədim Misirdə firon sarayının baş mühasibi Neferxotep olmuşdur. O, mühasibat yolunda böyük uğurlar qazanmışdır. Həmin dövrlərdə mühasibat işi sahəsində ancaq sözügedən sarayın müşavirləri və xadimləri xüsusi
hörmətlə qarşılanır və onların fikirləri ilə hesablaşırdılar. Bu müşavir və xadimlərdən biri olan və baş mühasib vəzifəsini yerinə yetirən
Neferxotep haqda yazmışlar: “o, kürəyini incə ağılla, dözümlü ürəklə, pak işlə haqsızlığa çevirmis” və “Təmiz ələ malik olan, dəstəmazlı hakim, pisliyi rədd edən, düzgünlüyü sevən, alçaqlığa qarşı daim mübarizə aparan – Kamil Mirzə” və olmuşdur. Uçotda
“hesabi hesablamanı barmaqla hesablayıb aldatmaqla məşğul olanlardan” fərqli olaraq Neferxotep bütün həyatı boyu ona xidmət etmişdir.


Bizə gəlib çatan ilk yazılar ucotun eramızdan əvvəl 6000 il əvvəl yaranmasına təsadüf edir. Bu, Misirdə torpağın suvarılması üçün əkinçiliklə məşğul olanların Nil çayının suyundan istifadəyə görə verginin taxıl və kətanla (Pambıqla) ödənməsinə dair aparılan
qeydiyyatlarla təsdiq olunur. Sözügedən qeydiyyat evlərin divarında verginin taxıl və kətanla (Pambıqla) alınmasına dair vergi toplayanların müvafiq sayda şəkillərin çəkilməsi (İşarələrin qoyulması) ilə yerinə yetirilirdi. Hələ bizim eradan əvvəl 2000-ci ildə uçot sisteminin inkişafı Çində, ikili mühasibatlığın elementləri isə qədim Romada qeydə alınmışdır. Bütün bunlarla yanaşı
amortizasiya anlayışı da hələ o dövrlərdə romalılara məlum idi.


Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın ntibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin,
maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII-XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299-1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan «Hesablar və yazılışlar haqda traktat»ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur.


Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı. Luka Paçolinin davamçıları müxtəlif sahələrdə xüsusilə Alvize Kazanova (1558-ci il)–gəmiqayırmada, A.Di.Pietro (1586-cı il)- kilsə təsərrüfatı və banklarda; D.A. Masketti (1610-cu il)-sənayedə; Lyudoviko Flori (1636-cı il)- mehmanxana və dövlət təşkilatlarında; Bastiano Benturi (1655-ci il)- kənd təsərrüfatında uçotun sistemləşdirilməsinin tətbiqini geniş yaymışlar. 1581-ci ildə ilk dəfə olaraq Venesiyada mühasiblər cəmiyyəti yaradılmışdır.


XIX əsrin axırlarında əsası Luka Paçoli tərəfindən qoyulmuş mühasibat uçotu sistemində köklü dəyişikliklər baş vermişdir. İctimai istehsalın genişlənməsi ilə xüsusi mülkiyyətdən ayrılmış şirkətlər yaranmış; səhmdar kapitallar formalaşmış; kapital və mənfəətin bölgüsü aparılmış; «qüvvədə olan müəssisələr» anlayışı meydana gəlmiş; fond birjaları işləməyə başlamış; sənaye və ticarətin gələcək inkişafına xüsusi diqqət yetirilmiş və s. işlər görülmüşdür. Bunun nəticəsində mühasibin işi müstəqil ixtisasa çevrilmiş və
inkişaf etməyə başlamışdır. Bu inkişafın dinamikasına nəzər yetirsək qeyd edə bilərik ki, əgər 1773-cü ildə Edinburq məlumatına görə cəmisi yeddi mühasib var idisə XIX əsrin əvvəlinə İngiltərə və Şotlandiyanın iri şəhərlərinin məlumatında onların sayı əllidən çox olmuşdur. 1844-cü ildə şirkətlər haqda qanun qəbul edilərkən müflisləşmiş firmalarda mütləq auditor yoxlaması aparılması nəzərdə tutulmuşdur. Bütün bunlar mühasiblər cəmiyyətinin yaradılmasına imkan yaratdığından 1854-cü ildə Edinburqda bu cür cəmiyyət təşkil olunmuşdur. Hətta Kral Xartiyası bu cür cəmiyyətin hər bir üzvünə «inamlı mühasib» titulu hüququ vermişdir. 1880-ci ildə isə Viktoriya kralının təşəbbüsü ilə İngiltərə və Şotlandiyada inamlı mühasiblərin institutu yaradılmışdır. Amerika sənayesi, xarici kapital axınının xüsusilə Böyük Britaniyada xeyli artması hesabına inkişaf etmiş və bu baxımdan da Britaniyanın inamlı mühasibləri Amerikada auditor işləməyə başlamışlar. Məhz bu baxımdan əksər Amerika auditor firmaları Britaniyanın köklü auditorları hesab olunurdular. Amerika peşəkar mühasiblərinin 1887-ci il tarixə sayının az olmasına baxmayaraq özlərinin ictimai mühasiblər assosiasiyasını yaratmışlar. Sonralar bu cür assosiasiyalar ayrı-ayrı ştatlarda da meydana gəlməyə başlamış və 1896-cı ildə Nyu-York ştatında yaradılmış assosiasiyada cəmiyyətin üzvlərini «diplomlu ictimai (inamlı) mühasiblər» adlandırmışlar. İctimai mühasiblər assosiasiyası 1917-ci ildə sertifikata malik olmadan Amerikanın ciddi ixtisas tələbli mühasiblər institutuna çevrilmişdir. Sonralar isə sertifikat verilməklə Amerikanın diplomlu ictimai mühasiblər cəmiyyəti meydana gəlmişdir. 1936-cı ildə hər iki cəmiyyət birləşdirilmiş və 1957-ci ildə o Amerika İnamlı Mühasiblər İnstitutu adlandırılmışdır. Bunlardan başqa, Amerikada digər mühasibat təşkilatları da fəaliyyət göstərmiş və hal-hazırda da göstərməkdədir.


Mühasibat uçotu Rusiyada necə bir elm kimi öz inkişafını XIX əsrin birinci yarısında tapmışdır. Onun baniləri K.İ.Arnold, İ.N.Axmetov, E.A.Mudrov, A.M.Volf, E.E.Suvers və başqaları olmuşlar. K.İ.Arnold Almaniyadan gəlmiş və Moskvada ilk mühasibat uçotu müəllimi olmuş, İ.N.Axmetov Peterburq ticarət firmasında; E.A.Mudrov Olenski (Petrozavodsk şəhəri) gimnaziyasında riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycanda mühasibat uçotunun bir elm kimi meydana gəlməsi və tanınması Rusiya ilə əlaqəli şəkildə qurulmaqla elə Rusiyaya aid olan dövrə təsadüf edir. Hələ XIX əsrin axırı və XX əsrin əvvəlində Azərbaycanın aparıcı şirkətlərinin və sahibkarlarının mühasibləri olmuş, mühasibat uçotu üzrə öz dövrünün təşəbbüskar mütəxəssisləri kimi işləmiş Fridon Akimoviç Mərdanov, Hacı Məcid Əfəndi Əfəndizadə, Əbülqasım Nurməmməd oğlu Hüseynzadə, Mirhəbib Seyidəhməd oğlu Seyidməmmədov, Mir Məhəmməd Seyidov və başqaları çalışdıqları sahələrin uçot işini aparmaqla yanaşı onun elmi əsaslarla qurulmasına dair çox işlər görmüşlər. Onlar dəfələrlə Bakı quberniyasına müraciət edərək Bakıda şirkət və sahibkarların Təsərrüfat fəaliyyətinin idarə olunmasında hesabdarlıq və mühasibatlığın yerini və rolunu geniş açıqlamış və buna görə də sözügedən ixtisaslara vahid istiqamət vermək üçün müvafiq tədris müəssisələrinin-kursların, məktəblərin, məsləhətxanaların və digər növ məşğuliyyətlərin açılmasını xahiş etmişlər.


Doğrudur, sadalanan həmsənətkarlar etdikləri müraciətlərə cavabsız qalmamış və bu vacib işin yerinə yetirilməsinə dair müvafiq icazələr alaraq onların Bakıda, Gəncədə, Şamaxıda, Naxçıvanda, Qubada və digər iri məntəqələrdə həyata keçirilməsinə nail olmuşlar. Bu işdə inqilaba qədər və inqilabdan sonrakı dövrlərdə Azərbaycanda uçotun qurulması və onun  banisi kimi tanınan Əliqulu Fərəcov xüsusi rol oynamışdır. O, inqilaba qədər bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917-1920-ci illərdə hesabdarmühasiblər kursları (o vaxtlar Əluqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir-orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan «Statistika», «Kommersiya» texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan 1930-cu ildə bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. İxtisasına sadiq qalan Əliqulu Fərəcov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ilk rektorlarından biri olmuş və onun gələcək inkişafında öz əməyini əsirgəməmişdir. İşlədiyi dövrdə o mühasibat uçotunun nəzəriyyəsinə və müxtəlif sahələrdə təşkil edilən mühasibat uçotuna dair dərsliklər, metodik göstərişlər, praktiki tövsiyələr hazırlamış və bilavasitə onların tətbiqinə nail olmuşdur. Məhz Əliqulu Fərəcovun bu cür səmərəli əməyinin nəticəsidir ki, hal-hazırda Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun bazasında yaradılan Azərbaycan Dövlət İqtisad Universiteti
dünyanın digər universitet və institutları ilə müqayisə olunmaqla özünəməxsus üstünlüklərə malikdir.


Sözügedən ümumxalq əhəmiyyətli işlərin yerinə yetirilməsində Əliqulu Fərəcov tək olmamış, həm inqilabdan əvvəlki həm də sonrakı dövrlərdə ona yaxından köməklik göstərən həmkarları olmuş və bu işi yaradan insana dayaq durmuşlar. Hal-hazırda da bu ustad insanın tələbələri onun ideyalarının-mühasibat uçotunun inkişafına, müasir mərhələdə tələb olunan beynəlxalq uçot standartlarına uyğunlaşdırılmasına dair məsələlərin həllində durmadan çalışırlar. Əliqulu Fərəcovun ideyalarını daima dəstəkləyən həmkarları və tələbələri sırasına Saleh Səmədovu, Məbud Məmmədovu, Ağaməmməd Səlimovu, Mirməmməd Abdullayevi, Hacı Əliyevi, Veysəl İsayevi, Hüseyn Namazəliyevi, Sübhan Seyfullayevi, Məhsəti Hacıyevanı, İmaməddin Mahmudovu, Kamal Yusifovu, Əhməd Cəfərovu, Yaşar Hüseynovu, Yolçu Əlizadəni, Firəddin Quliyevi, Qəzənfər Abbasovu, Sifariz Səbzəliyevi, Bəybala Xankişiyevi, Babaxan Babayevi, Rəayət Hacıyevi, Habil İbadovu, Rəşid Rüstəmovu, Vaqif Quliyevi, Əlləz Daşdəmirovu, Əli Sadıqovu, Səfər Süleymanovu, Əziz Məmmədovu, Nəzakət Musayevanı, Hafiz Hacıyevi, Niyazi İsmayılovu, Cəmilə Namazovanı, Cəmaləddin
Zərbəliyevi, Teymur Zeynalovu, Ənvər Salahovu, İbad Abbasovu, İbrahim Məmmədovu, Rasim Həşimovu, Şivəxan Abdulovu, Yusif Əhmədovu, İsaq Verdiyevi, Qəşəm Bədəlovu təcrübədə işləyən Elxan Cəfərovu, Süleyman Qasımovu, Bahəddin Həsənovu, Calal
İmamquliyevi, Müharib Rəsulovu, Vaqif Məmmədovu, Xalid Əyyubovu, Ağəli Məmmədovu, Zöhrab Fərəcovu, Tofiq Nağıyevi, Zahid İsayevi, Vüqar Şərifovu, İltifat Babayevi, Cəlal Fərəclini, Nurqələm Qasımovu və digərlərini aid etmək olar.


Bir elm kimi öz inkişafını XIX əsrdə tapmış mühasibat uçotuna dair ilk dərslik elə həmin əsrdə Rusiyada işıq üzü görmüşdür. K. Klark və V.Nemçinov tərəfindən yazılmış «Hesablama elmi» adlı dərs vəsaiti 1831-ci ildə nəşr edilmiş, 1866-cı ildə Sankt-Peterburq Kommersiya Məktəbinin müəllimi Q.Reynbort tərəfindən yazılan nəzəri və təcrübəvi hissədən ibarət olan «Sadə və ikili sistem üzrə kommersiya mühasibatlığının tam kursu» çapdan çıxmış, 1883-cü ildə Moskva Kommersiya Elmləri Akademiyası nəzdində olan Moskva Texniki və Kommersiya Hesablamaları Məktəbinin müəllimi A.Prokofyevin yazdığı «İkili mühasibatlıq kursu» işıq üzü görmüşdür. 1888-ci ildə peşəkar mühasib A.M.Folf «Hesabdarlıq» jurnalı buraxmağa başlamış, 1892-ci ildə mühasibatlıq sahəsində görkəmli mütəxəssis E.E.Severs isə hesabdarlığı, təsərrüfat fəaliyyəti hesabdarlığının aparılmasını uçot haqda elm kimi başa düşməyi təklif etmişdir. 1906-cı ildə Sankt-Peterburqda İ.Maksimovun “Ticarət-sənaye və kənd təsərrüfatı müəssisələrində hesabdarlığın inkişafı və onun əhəmiyyətinin qısa tarixi məcmuəsi” çapdan çıxmışdır. Rusiyanın mühasib, mütəxəssis və alimləri ilə yanaşı ölkəmizin həmsənətçiləri xüsusilə ixtisasımızın ağsaqqalları sayılan Mirhəbib Seyidəhməd oğlu Seyidməhəmmədov, Fridon Akimoviç Mərdanov və Əliqulu Fərəcov 1892-ci ildə «Uçot işi və onun aparılma qaydası», 1906-cı ildə «Ticarət kitabı və hesablar», 1917-ci ildə «Hesablaşmaların aparılması prinsipləri», 1924-cü ildə «Hesabdarlığın əsasları», 1930-cu ildə «Ümumi hesabdarlıq üsulu», 1935-ci ildə «Şura mühəsibə uçotu nəzəriyyəsi» dərslik və metodik göstərişləri dərc olunmuşdur. Rusiyada maliyyə də daxil olmaqla bütün iqtisadiyyat sahəsinə toxunan Dövlət quruculuğu Böyük Pyotrun adı ilə bağlıdır. XVII əsrdə I Pyotr Rusiyanın geridə
qalmasını qəbul etmiş və ölkənin bütün təsərrüfat və sosial həyatına toxunan hərtərəfli islahatlar həyata keçirmişdir. Həyata keçirilən islahatlar içərisində uçotun qurulması və onun kökündən dəyişdirilməsi məsələsi yaddan çıxmamış və bu istiqamətdə əhəmiyyətli
işlər görülməyə başlanmışdır. Bununla əlaqədar olaraq 1710-cu ildə «Hərbi və digər işlər haqda cədvəl» dövlət qəzetində çox az aydın olan «Mühasib» sözünün yaranması və bu ixtisasın bilavasitə baş vermiş hadisələrin onlara dair rəsmiyyətə salınmış sənədlər
əsasında müvafiq kitablarda qeydiyyat (yazılış) aparması, bu yazılış vasitəsilə bütün fəaliyyət üzərində nəzarətin həyata keçirilməsini təşkil etmək və digər idarəetmə işləri yerinə yetirməsi açıqlanmışdır. Bununla əlaqədar olaraq həmin dövrdə uçot və nəzarətə,
onun qurulması və aparılmasına çox böyük diqqət yetirilməyə başlanmışdı. Məhz bu dövrdə uçotun təşkili üzrə bütün təlimatlar dövlət aktı kimi nəşr edilmiş və o əsas sənəd kimi qəbul edilmişdir. Bu cür dövlət aktının qəbul edilməsi 22 yanvar 1914-cü ilə təsadüf
edir. Bu sənəd dövlət aparatı və dövlətin sənaye sahələri üçün mütləq sənəd kimi qəbul edilmiş və aşağıdakı əsas tələbləri bir məqsəd kimi qarşıya qoymuşdur:

  • Yazılışların vaxtlı-vaxtında aparılması və «hesabların bağlanması»;
    Məsul şəxslərin ciddi surətdə tabeçiliyinin təmin olunması .

İdarəetmə haqda mühasibat uçotu sistemini xüsusilə materialların anbar uçotunu, ilk sənədlərin köməyi ilə təsərrüfat həyatının bütün hallarında ümumdövlət metodunun təsir dərəcəsinin metod və prinsiplərini özündə əks etdirən 5 aprel 1722-ci il tarixli hərbi flot
haqda qərar Rusiya uçotunun tarixində mühüm əhəmiyyət kəsb etmişdir. Məhz bu dövrdən Rusiyada ikili yazılış və mühasibat hesabları anlayışı meydana gəlmiş və öz inkişaf yolunu tapmışdır.


Elm kimi mühasibat uçotunun inkişafı XX əsrin görkəmli alimlərinin işlərində geniş əks etdirilmiş (1845-1850-ci illərdə) və bu inkişaf öz müsbət təsirini Azərbaycana da göstərmişdir. Bunun nəticəsidir ki, XX əsrin axırları, XXI əsrin əvvəllərində bu maraqlı
və iqtisadiyyatın açarı, müasir bazar iqtisadiyyatı şəraitində biznesin dili olan elm üzrə elmlər doktoru-Veysəl İsayev, Hüseyn Namazəliyev, Sifariz Səbzəliyev, İbad Abbasov, Səlim Müslümov, Qəzənfər Abbasov, Süleyman Qasımov, Cəmilə Namazova və onlarla elmlər namizədləri mühasibat uçotunun bu və ya digər sahələrini əhatə edən problemlərin həllinə dair doktorluq və namizədlik dissertasiyası müdafiə etmişlər. Məhz bu alimlərin elmi rəhbərliyi ilə onlarla aspirantlar müdafiə edərək alimlik dərəcəsi almış və onların müəllifliyi ilə çoxlu sayda monoqrafiyalar, dərsliklər, elmi məqalələr və uçota dair tövsiyələr hazırlanmış, nəşr etdirilmiş, respublika iqtisadiyyatının əsas aparıcı mütəxəssisləri olan mühasiblərin, iqtisadçıların və iqtisadiyyatla maraqlanan oxucuların
sərəncamına təqdim edilmişdir. Hal-hazırda Əliqulu Fərəcovun davamçılarından Sifariz Səbzəliyev, Qəzənfər Abbasov, Səlim Müslümov, Süleyman Qasımov, İbad Abbasov, Vaqif Quliyev və digərləri mühasibat uçotu üzrə dövlət səviyyəli normativ aktların yazılmasında və tətbiq edilməsində bilavasitə iştirak etmiş və hal-hazırda da iştrak edirlər. Qeyd edilən müəlliflərin gücü və təşəbbüsü ilə uçotu və onun əsası sayılan maliyyəni beynəlxalq standartlara uyğun quraraq onu həmin standartların tələblərinə uyğun daha geniş qurmaq üçün 1992-ci ildə Respublika Maliyyə Nazirliyinə müraciət edərək “Maliyyə və uçot” jurnalının təsis edilməsini xahiş etmişlər. Mütəxəssislərin bu müraciəti qəbul edilərək tələb edilən jurnal təsis edilmiş və o 1993-cü ildən hər ay dərc edilir və müasir uçot və maliyyə problemlərinə dair ən aktual məsələləri və digər materialları dərc edir.