Bir çox hallarda mühasibat formaları və ya blanklarında məbləğ yazıldıqdan sonra həmin məbləğin söz ilə yazılması tələb olunur. Qanunvericilik baxımından əgər məbləğ yazı ilə oxunmursa və ya rəqəmlərə hər hansı müdaxilənin olması şübhə doğurursa, sözlə yazılmış məbləğ qəbul edilir.

məbləğin söz ilə yazılması

Exceldə məbləğin sözlə alınması üçün bir çox mütəxəssislər əlavə makroslardan istifadə edirlər. Mən bu problemi həll etmək üçün sadə bir cədvəl düzəltdim. Burada heç bir makrosdan istifadə edilməyib və tədbiq edilməsi də çox rahatdır. Sadəcə bu cədvəldə Admin adlı listi öz cədvəlinizi kopya edirsiniz. Qısa təlimatı əlavə etdiyim cədvəldən yükləyə bilərsiniz. Ümid edirəm ki, kimin üçünsə faydalı olacaq.

 

Biznes hesabi

MƏBLƏĞİN SÖZ İLƏ YAZILMASI CƏDVƏLİ (1594 downloads )

Müəllif: Zaur İsmayılov

 

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.