Excel-də illər üzrə artım tempini necə hesablamalı?
Çox sadə riyazi düsturla hesablanmasına baxmayaraq, bir çoxumuzun ilk baxışda çətinlik çəkdiyi mövzulardan biri – aylar / illər üzrə satış məbləğlərinin artım nisbətinin hesablanmasıdır. Yəni, 2015-ci ildə 2014-cü ilə görə neçə faiz daha çox satış etmişik?
Ümumiyyətlə, bu cür artım tempi hesablanması əsasən 3 cür olur:
- İldən ilə artım;
- Bütün dövr ərzindəki ümumi artım;
- İllik ortalama artım.
İldən ilə artım
İldən ilə artımı hesablayarkən, düsturumuz çox sadədir:
(Sonrakı il – Əvvəlki il) / Əvvəlki il. Yəni (2015 – 2014) / 2014.
Misalımızda illər üzrə artımı tapmaq üçün aşağıdakı düturdan istifadə edəcəyik.
2011-ci ilə aid heç bir məlumat olmadığına görə, 2012-ci ildəki artışı hesablamaq mümkün deyildir. Amma sonrakı illəri isə eyni düstur vasitəsilə tapmaq olar.
Bundan əlavə, düsturu daha da sadələşdirmək istəsək, riyazi biliklərimizi xatırlamaq kifayət edəcəkdir. (D3-C3)/C3 düsturunu D3/C3 – C3/C3 kimi yaza və onu D3/C3 – 1 kimi sadələşdirə bilərik.
Dövr ərzindəki ümumi artım
Bunu hesablamaq da son dərəcə asandır. Belə ki, ildən ilə artımı hesablayarkən arxa-arxaya gələn illərdən istifadə etdiyimiz halda, bu dəfə ilk və son illəri təməl alaraq hesablamamızı aparacağıq.
Bu o deməkdir ki, 2012-ci ilə nisbətdə 2015-ci ildəki satışlarımız 69% artmışdır. Bu göstərici elə də informativ xarakter daşımır.
İllik ortalama artım
Sonuncu məqam isə yuxarıdakı kimi hər bir ilə aid artım dəyərləri olan satışlarımızın bu 3 il ərzində (2013-2015) illik ortalama neçə faiz artmış olduğudur. İllik artım faizlərinin ortalamasını almaq çox yanlış nəticə verəcəkdir, çünki bu dəyərlər arasındakı əlaqə xətti deyil.
İllik ortalama artımı hesablamaq üçün Corporate Finance (Korporativ Maliyyə) dərslərini yada salmalı olacağıq. Sualımızı tamamilə fərqli perspektivdən dəyərləndirməliyik. Belə ki, misalımızda olduğu kimi, 2012-ci ildə 13,000 AZN-i hansı fazi dərəcəsi ilə investisiya etməliyik ki, 3 il sonra (2015-ci ildə) 22,000 AZN olsun?
Bu sualın riyazi və maliyyə dilində qarşılığı aşağıdakı kimidir.
Düsturu həll etdikdən sonra nəticənin 19% olduğunu görəcəyik. Düsturun Excel vasitəsilə həlli isə aşağıdakı kimidir:
Həll yolu tamamilə cəbridir.
- Öncə 22,000-ni 13,000-ə bölür;
- Sonra 3-cü dərəcədən kökünü hesablayır;
- Aldığımız nəticədən 1 çıxırıq.
Yuxarıda göstərdiyim düsturda x-in yerinə 19% (vəya 0,19) yazsaq, nəticənin doğru olduğundan əmin olacağıq.
Formulu analiz etmək üçün faylı əlavədən yükləyə bilərsiniz.
Faylı yüklə: İllər üzrə artım tempinin hesablanması (687 downloads )
Müəllif: Elçin Xəlilov
Leave a Reply