» » » Xaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdırmı?

Xaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdırmı?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV ÖMVSual: Azərbaycanda fəaliyyət göstərən “X” MMC-yə Türkiyə Respublikasındakı “Y” müəssisəsi dizayn işləri görürsə, müvafiq MMC tərəfindən “Y” müəssisəsinə köçürmə edərkən, ƏDV və ÖMV yaranırmı və ya bu tip əməliyyatda vergi münasibətləri necə tənzimlənir, köçürmə edən müəssisənin hansı növ vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlər bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə bu maddənin məqsədləri üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən dizayn xidmətlərinin Azərbaycanın rezidenti olan hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ilə müəyyən edilmiş hüquqların mülkiyyətə verilməsi xidmətlərinə aid edilməli və bu Məcəllənin 169-cu maddəsinə uyğun olaraq vergi agenti proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə ödəməli olduğu məbləğə ƏDV hesablamalı və dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan Azərbaycan mənbəyindən olan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcə ilə vergi tutulur.

Buna əsasən dizayn xidmətlərinin göstərilməsi ilə bağlı qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ÖMV ƏDV