» » » Tab düyməsinin üstünlüyü

Tab düyməsinin üstünlüyü

posted in: Excel, Xəbər | 0
birbank biznes

Tab düyməsinin üstünlüyü

Hər birimiz, vaxtaşırı da olsa, data entry adlandırdığımız, müəyyən məlumatın Excel səhifəsinə daxil edilməsi ilə məşğul oluruq. Yəni, məlumatı hər hansı bir məlumat bazasından birdəfəlik çəkmək əvəzinə, bu məlumatı bir-bir daxil etmək məcburiyyətində qalırıq. Bunu edərkən işimizi daha da sürətləndirmək üçün, müəyyən yollar var. Bu yollardan biri, bir sətirdəki bütün müvafiq sütunları doldurub ən son sütuna gəldikdən sonra Enter düyməsinə basaraq bir alt sətirdəki ən birinci sütuna gəlməkdir. Bunun üçün klaviaturadakı Tab düyməsindən istifadə edəcəyik.

Tab - 1

Hər məlumat daxil edildikdən sonra Tab düyməsindən istifadə edərək sağdakı xanaya keçid etməliyik. Aşağıdakı görüntüyə nəzər yetirək.

capture-1

Gördüyümüz kimi, maaş yazıldıqdan sonra Enter düyməsinə basdığımız anda cursor ən başdakı sütuna qayıtmış oldu. Bunun səbəbi, hər məlumatı daxil etdikdən sonra sağa getmək üçün Tab düyməsindən istifadə etməyimizdir. Tab düyməsi deyil, klaviaturanın sağ ox düyməsindən istifadə etmiş olsaydıq, maaşı daxil edib Enter düyməsinə basdığımız zaman cursor ən başdakı sütuna deyil, elə maaş sütununda 1 alt xanaya keçəcəkdi.

Çox böyük həcmdə məlumatlar daxil edilərkən bu cür kiçik, lakin çox effektiv vasitədən istifadə etməklə, əmək və vaxtımıza qənaət etmiş olacağıq.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *