» » » Vergi yoxlamasına hazırlıq

Vergi yoxlamasına hazırlıq

posted in: Xəbər | 0

Bakıda vergi xidmətləri təklif edən konsaltinq şirkəti  

İstənilən biznes nə vaxtsa müxtəlif səbəblərdən vergi orqanının diqqət dairəsinə düşür. Səyyar vergi yoxlaması planlaşdırılmış da ola bilər, şirkət üçünxoşagəlməz sürprizə də çevrilməsi də mümkündür. Vergi yoxlamasına hazırlıq olmadan bu cür hadisələr, təəssüf ki, çox vaxt yaxşı sonluqla bitmir. Nəticədə əlavə vergi hesablana, faiz və cərimələr tələb oluna, bəzi hallarda isə müəssisənin əmlakına və aktivlərinə həbs qoyula bilər.

Bakıda konsaltinq şirkəti kimi fəaliyyət göstərən və müxtəlif vergi xidmətləri təklif edən müəssisələr, maliyyənin effektiv idarə olunması və biznes üçün lazımsız vergi xərclərinin qarşısının alınması üçün mühüm vasitədir. Onların köməyi ilə düzgün qurulmuş vergi uçotu vergiləri optimallaşdırmağa, vergi yoxlaması zamanı  cərimələrdən qaçmağa, habelə biznesin qanuniliyini təmin etməyə kömək edir. 

Mütəxəssislərin vergi yoxlamasına hazırlıq mərhələsində peşəkar vergi məsləhətləri sahibkarlara əlavə dəstək verir, çünki belə məsləhətlər potensial vergi risklərini öncədən nəzərdən keçirmək imkanı yaradır. 

Tərəfdaşımız, Azərbaycanda vergi xidmətləri bazarında özünə məxsus yerə malik Audit.Az konsaltinq şirkəti sizə vergi yoxlamaları zamanı əlavə ödənişlərindən, cərimələrdən və sanksiyalardan yayınmağa kömək edər.

Biznes hesabi

Vergi yoxlamasına hazırlıq xidməti nə vaxt zəruridir? 

Vergi yoxlaması istənilən sahibkarın və ya hüquqi şəxsin üzləşə biləcəyi ən gərgin prosedurlardan biridir. Riskləri minimuma endirmək, vergi yoxlamasına hazırlıq üçün təkcə hüquq və vəzifələri bilmək kifayət deyil, həm də sənədlərin düzgün tərtibi vacibdir. 

Aşağıda bu xidməti zəruri edən bir sıra şərtlər verilib. 

Vergi yoxlamasına hazırlıq xidməti nə vaxt zəruridir? Accounting.Az konsaltinq şirkəti sizi vergi risklərindən qoruya bilər. Telefonlarımız +99412 310 09 29 yaxud +99412 598 37 98

Vergi yoxlaması niyə təhlükəlidir?

  • ən sadə halda əlavə vergilər hesablanar, amma belə əlavə ödənişlərin məbləği bəzən şirkətin illik mənfəətinə bərabər olduğu hallar məlumdur;
  • subsidiar məsuliyyət yarana bilər – yəni mülkiyyətçilər, menecerlər, baş mühasiblər hüquqi şəxsin borclarına görə məsuliyyət daşıyacaqlar.
  • nəzərə alın ki, müəssisənin borcları fiziki şəxsə keçdikdə, həmin şəxs öz əmlakı ilə cavab verməli olacaq.

Maliyyə sanksiyalarından və cinayət məsuliyyətindən necə yayınmaq olar?

Bu istiqamətdə görülən işləri üç mərhələyə bölmək olar:

  • vergi yoxlamasına hazırlıq – bu mərhələ vergi, subsidiar və cinayət məsuliyyəti risklərinin qarşısının alınmasına yönəlib. Siz bu gün az miqdarda pul xərcləməklə, sonradan daha çox məbləğə qənaət edə bilərsiniz. Audit.Az konsaltinq şirkətinin vergi yoxlamasına hazırlıq xidməti vasitəsilə səyyar vergi yoxlaması, faizlər və sanksiyalar, əlavə vergi hesablamaları və cinayət məsuliyyəti riskini əhəmiyyətli dərəcədə azaltmaq olar.
  • səyyar vergi yoxlamalarının müşayiət edilməsi – əməkdaşlıq  vergi yoxlaması zamanı müsbət nəticə şansını bir neçə dəfə artırır. Vəziyyətə uyğun olaraq effektli müdafiə sistemi formalaşdırılır.
  • yoxlamadan sonrakı mərhələ – vergi yoxlaması bitdikdən sonra konsaltinq şirkəti nəticəni təhlil edir, qanunsuz yaxud əsassız qərarlar haqqında müvafiq qaydada şikayət hazırlayır, tutulmuş pulların qaytarılması şanslarını araşdırır. Şirkətlə əməkdaşlıq sizə cinayət və əmlak məsuliyyətindən yayınmağa kömək edir.

Nəyə görə biz?

Audit.Az konsaltinq şirkətinin ekspertləri istənilən mərhələdə vergi yoxlamasına hazırlıq işlərinə qoşulmağa hazırdırlar. Zərurət yarandıqda, xidmət çərçivəsində, vergi məsləhətçiləri, auditorlar, hüquqşünaslarla yanaşı, həmçinin konsaltinqin digər sahələrindən ixtisaslı mütəxəssislər də cəlb oluna bilər. Buna, xüsusilə, məhsulların satış qiymətləri, avadanlıq və daşınmaz əmlakın alınması, qeyri-maddi aktivlərin dəyəri ilə bağlı vergi orqanları ilə mübahisəli hallar olduqda ehtiyac yaranır.

Konsaltinq şirkətindən vergi yoxlamasına hazırlıq xidmətini sifariş etməklə siz aşağıdakıları əldə edəcəksiniz:

  • kameral və səyyar vergi yoxlaması zamanı yaranan bütün məsələlər üzrə ixtisaslı yardım;
  • vergi yoxlamasının nəticələrinə etiraz hazırlamaq zərurəti yarandıqda vergi qanunvericiliyinin pozulması ilə bağlı vergi ödəyicisinin mövqeyinin lehinə arqumentlərin operativ hazırlanması;
  • vergilər, faizlər, maliyyə sanksiyaları üzrə mümkün əlavə ödənişlərin minimuma endirilməsi;
  • vergi orqanları ilə gələcək qarşılıqlı fəaliyyət üçün proqramların işlənib hazırlanması.

Vergi yoxlamasına hazırlıq xidmətinin dəyəri sifarişçi müəssisənin fəaliyyətinin miqyasından, yoxlamanın əhatə etdiyi müddətdən, Audit.Az konsaltinq şirkətinin mütəxəssislərinin işə cəlb olunma mərhələsindən asılıdır.

Vergi yoxlaması ilə bağlı suallara daha ətraflı cavab almaq üçün, lütfən,  WhatsApp-a  (+99450 285 80 89) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Bizim əməkdaşlar sizinlə əlaqə saxlayar.

Vergi borclarının ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilir