birbank biznes

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
Əmək müqaviləsinə aşağıdakı əsaslar ilə xitam verilə bilər:

tərəflərdən birinin təşəbbüsü (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları);

əmək müqaviləsinin müddətinin qurtarması;

əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

tərəflərin iradəsindən asılı olmayan hallar;

tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış işdən azad edilmə əmri ilə rəsmiləşdirilməlidir.
Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Müəssisə ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi ləğv edilərkən işçilərə:

orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;
işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.