» » » Mühasibat kargüzarlığı kursları

Mühasibat kargüzarlığı kursları

posted in: muhasibat, Xəbər | 0

Mühasibat kargüzarlığı kursları

mühasibat kargüzarlığı kursƏksər hallarda mühasib köməkçisi, kiçik mühasib və hətta mühasib vakasiyalarında əsasən bu tələblərə rast gəlirik:

  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Hesab fakturaların hazırlanması;
  • Təhvil-təslim aktlarının hazırlanması;
  • Əmək Müqavilələrinin bağlanılması və Portalda qeydiyyatı;
  • E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək;
  • Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
  • ƏDV depozit ödənişləri;
  • Statistik hesabatların göndərilməsi;
  • BTP-dən istifadə;
  • Vahid rüblük hesabatların göndərilməsi;
  • Vergi hesabatlarının hazırlanması;
  • Əmək haqqı hesablanması;
  • Kassa əməliyyatları və s.

Əslində bu texniki işləri öyrənmək bir o qədər də çətin deyil. Bütün bunları nəzərə alaraq sırf mühasibatın gündəlik texniki işlərini praktiki tərəfdən öyrədəcək 24 saatlıq Mühasibat kargüzarlığı kurslarımıza qoşulmağa tələsin.

Başlama tarixi: 26.11.2021.

Dərslər həftənin çərşənbə axşamı və cümə günləri, axşam saat 19:00-dan 21:00-dək tədris edilir. Hər dərs 2 saat davam edir.

Əvvəlki kurslarımızın iştirakçılarına 10 % endirim nəzərdə tutulub.

Dərslər həmçinin onlayn qaydada da tədris edilir.

1.5 ay davam edəcək kursun 1 aylıq qiyməti 150 manat olmaqla, tam qiyməti 225 manatdır. Bir çox köməkçi fayl və cədvəllər iştirakçılara təqdim ediləcək. Kursu bitirdikən sonra çalışan şəxslər iş zamanı yaranmış  problemlərlə bağlı 3 ay ərzində müəllimdən konsultasiya ala biləcəklər.

Əlavə suallarınıza cavabı linkdən qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayan şəxsdən tam öyrənə bilərsiniz. Uğurlar!!!


Mühasibat kargüzarlığı kursu üçün qeydiyyat linki: https://form.cubics.pro/form


Təlimçilər barədə:

Kəmalə Rzayeva

İqtisad Universitetində “Mühasibat uçotu” ixtisası üzrə bakalavr, Bakı Mühəndislik Universitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda İqtisad Universitetinin “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2004-cü ildən etibarən fəaliyyəti fərqli olan müəssisələrdə mühasibatlıq və vergi sahəsində çalışır. Mühasibat və vergi uçotu sahəsində 15 ildən artıq təcrübəyə malikdir. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə “Baş mühasib” vəzifəsində çalışmışdır. Hal-hazırda mühasibat uçotu və vergi sahəsində fəaliyyət göstərən “Accounting Az” MMC-də “Baş mütəxəssis” vəzifəsində çalışır.

Kəmalə Rzayeva vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimlər keçmişdir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin İdarə Edilməsi və Təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməktədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.


Mühasibat kargüzarlığı kursunun proqramı aşağıdakı kimidir:

1. İlkin Sənədlərlə Tanışlıq, Şirkət Qeydiyyatı və Hazır Sənədlərin Alınması

  • Hüquqi və Fiziki şəxs anlayışı.
  • Hüquqi şəxsin elektron qeydiyyatı, qeydiyyatdan əvvəlki prosedurlar. Praktiki nümunələr
  • Qeydiyyatdan keçiriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?
  • Elektron imza olmadan adi qeydiyyat ərizəsi nədir? (Doldurulması qaydası)
  • Adi qeydiyyat ərizəsi nədir? (Doldurulma qaydası)
  • Fiziki şəxsin elektron qeydiyyatı
  • Şirkət yaratdıqdan sonrakı vacib işlər nələrdir?
  • Təsisçi qərarı və digər hüquqi sənədlər
  • Asan İmza nədir? Haradan, necə əldə etməli? İstifadə qaydaları
  • Asan İmza – Biznes sertifikatının online qayadada əldə edilməsi və vaxtının uzadılması.
  • Asandoc proqramı və istifadə qaydası
  • E-taxes.gov.az saytında giriş üçün login-parol-şifrə necə alınmalı?
  • Vergi orqanında online növbə götürülməsi qaydası.

2. Bank Əməliyyatları

  • Bank hesablarının açılması / Tələb olunan sənədlər
  • Şəhadətnamə-dublikatın göndərilməsi qaydası
  • Mövcud bank hesablarından istifadə qaydası və bank əməliyyatları
  • Ödəniş tapşırıqlarının hazırlanması / Ödəniş tapşırıqlarının avtomatlaşdırılması
  • Büdcə təsnifat kodları və səviyyə kodları / Büdcə rekvizitləri
  • İnternet bankinqdən istifadə
  • Konvertasiya
  • Valyuta əməliyyatları
  • Xarici və yerli şirkətlərə ödənişlər
  • Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması.

3. Kassa Əməliyyatları

  • Kassa əməliyyatları
  • Kassa sənədləri
  • Kassa kitabı / Yazılma qaydası
  • Kassa Mədaxil Orderi / Doldurulma qaydası
  • Kassa Məxaric Orderi / Doldurulma qaydası
  • Təhtəlhesab şəxs
  • Ezamiyyət / Ezamiyyət hesablanması

4. Alış və Satışlar, İlkin Sənədlərin Hazırlanması, E-qaimə, YGB

  • Alqı-Satqı müqavilələrin hazırlanması
  • Hesab-fakturaların hazırlanması
  • E-Qaimələrin hazırlanması və təsdiqlənməsi
  • EFP proqramının yüklənməsi və bu proqramın köməyi ilə qaimənin hazırlanması
  • Təhvil-təslim aktlarının hazırlanması / Avtomatlaşdırılması
  • Yük Gömrük Bəyannaməsi (YGB) / Mal kodunun alınması
  • Yük Gömrük Bəyannaməsi (YGB) / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi

5. BTP Proqramı və Vergi Bəyannamələrinin Tərtib Edilməsi

  • BTP proqramı haqqında məlumat və yüklənməsi qaydası
  • Vergi bəyannamələri barədə anlayışlar
  • Sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi
  • Ödəmə Mənbəyindən Vergi (ÖMV) bəyannaməsinin hazırlanması

6. Vergi Bəyannamələrinin Tərtib Edilməsi

  • Mənfəət və Gəlir vergisi haqqında ilkin anlayışlar
  • Mənfəət və Gəlir vergisi bəyannaməsinin hazırlanması və təqdim edilməsi

7. Vergi Bəyannamələrinin Tərtib Edilməsi

  • Əmlak vergisi bəyannaməsinin hazırlanması və təqdim edilməsi
  • Torpaq vergisi bəyannaməsinin hazırlanması və təqdim edilməsi

8. ƏDV (Əlavə Dəyər Vergisi)

  • ƏDV nədir?
  • ƏDV qeydiyyatına dair ərizənin tələb edilməsi;
  • ƏDV bəyannaməsinin tərtib edilməsi.

– Əlavə 1.

– Əlavə 2.

– Əlavə 3.

– Əlavə 4.

– Əlavə 5.

  • Əvəzləşmə;
  • ƏDV Depozit / İstifadə qaydası / Köçürmələr.

9. Muzdlu və Qeyri-Muzdlu İş İlə Əlaqədar Vahid Bəyannamənin Hazırlanması

  • MDSS Haqqında ilkin anlayışlar;
  • İşsizlikdən sığortası haqqında məlumat;
  • İcbari Tibbi sığorta haqqında məlumat;
  • Vahid bəyannamənin tərtib olunması və təqdim edilməsi qaydası.

10. Statistika Hesabatı

  • Statistika Komitəsində şirkətin qeydiyyata salınaraq istifadəçi kodunun əldə edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi.

11. Kadr işlərinin görülməsi, qeydiyyatı və Müavinətlərin Hesablanması

  • İşçilərin işə qəbulu / Direktorun əmri;
  • İşçilərin qeydiyyatı, dəyişiklik və xitam;
  • Müqavilələrin hazırlanması;
  • Əmək kitabçalarının doldurulması qaydası;
  • Əmək haqqının hesablanması;
  • Hamiləliyə və doğuma görə müavinətin hesablanması qaydası;
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinətin hesablanması qaydası;
  • Uşağa qulluğa görə müavinətin hesablanması qaydası;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması qaydası;
  • Müavinətlər və onların hesablanması;
  • Məzuniyyət və onların hesablanması.

12. Yekun və Yoxlamalara Hazırlıq

  • Ümumi Kargüzarlıq necə olmalıdır?
  • Kameral məktublarının cavablandırılması qaydası;
  • Hansı hal üçün cərimələr nə qədərdi?
  • Mühasibin işi üçün rahat sistemi necə qura bilərik?
  • Ümumi Təkrar.

Faylı yükləməklə proqramı əldə edə bilərsiniz: Mühasibat kargüzarlığı proqram 2021 (22 downloads)


Əlaqə:


Qeyd: Ötən qruplarımızda keçirilən anonim məmnuniyyət sorğusunun orta nəticəsi 10 baldan 9.5 bal olmuşdur.


Ünvan: Caspian Plaza.