» » » Mühasibat uçotunun inkişaf mərhələləri (8-ci hissə)

Mühasibat uçotunun inkişaf mərhələləri (8-ci hissə)

posted in: Uncategorized | 0
birbank biznes

Mühasibat uçotunun inkişaf mərhələləri (8-ci hissə)Mühasibat uçotu Mühasib sözü

Qanun təsərrüfat sahələrindən asılı olaraq uçotu ciddi şəkildə ixtisaslaşdırırdı və hər bir fəaliyyət növü üçün xüsusi səlahiyyətli şəxslər tərəfindən müstəqil hesabat tələb olunurdu. Təsərrüfatlarda sənəd dövriyyəsi ciddi şəkildə tənzimlənirdi, sənədlərin bütün növləri və onların doldurulması qaydaları əvvəlcədən nəzərdə tutulurdu, arxivdə sənədlərin saxlanmasının dəqiq qaydası təsis edilmişdi. Uçot registrləri sistematik qeydiyyat prinsipləri əsasında aparılırdı. Bu registrlərdə maddi, şəxsi və maliyyə hesabları ayrılırdı.

Hesabların təsnifatının əsasını predmetin mənşəyinin ümumiliyi prinsipi təşkil edirdi. Şəxsi hesablara borcluların hesabları da daxil edilmişdi, hansı ki, borc və onun ödənilməsi göstərilməklə real kontokorrent hesablar kimi aparılırdı. Hesablardakı qeydlər xronoloji qaydada həyata keçirilirdi və balans iqtisadi həyatın hər bir faktının qeydindən sonra ortaya çıxırdı. Dövrilik üzrə hesabat formaları aylıq, illik və üçillik formalara bölünürdü, hesabatlılıq məcburi idi və vergitutmaya xidmət göstərirdi.

İstehsal uçotunda istehsal olunan məhsulların gündəlik istehsal nisbətləri və parça nisbətləri geniş istifadə olunurdu. Məhsulların növündən asılı olaraq qaimə xərcləri normaları ayrıca müəyyən edilmişdi.


Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz


Beləliklə, Qədim Yunanıstanda yaxşı inkişaf etmiş uçot sistemi mövcud idi, amma, bu əsasən natural dəyərləndirməyə malik mühasibatlığın sadə bir forması idi.

Qədim Roma

Qədim Romada uçot qeydləri mum doldurulmuş lövhəciklərdə, mis səth, dəri, kətan, perqament və papirus üzərində yerinə yetirilirdi. Qədim Romada yunan uçotu əsasında inkişaf etmiş qarşlıqlı əlaqəli uçot sistemi mövcud idi.

Qədim Roma mühasibatlığının uçot registrləri sistemində gündəlik təsərrüfat həyatı faktlarının qeydə alınması üçün nəzərdə tutulan ilk kitab Yaddaş və ya Memorial idi və bununla yanaşı iki kodeks də mövcud idi, birinci kodekshesablaşma hesabları ilə kassa kitabı, ikinci kodeks isə – sistematik qeydlər kitabı idi.

Tədqiqatçıların fikrincə, Qədim Romada memorial hesabların məlumatlarının pula çevrilməsi olmadan sadə mühasibatlıq formalaşmışdı, kodekslərdə xronoloji yox, sistematik qeyd tətbiq edilirdi; iki kodeksin hesablarından saldo çıxarılırdı.

Romada büdcə uçotu bütün dövlət miqyasında inkişaf edirdi və ayrı-ayrı əyalətlərdə Brevarium kitabı aparılırdı, burada həm smeta ayırmaları, həm də onların icrası əks olunurdu. Bu registr ilk dövlət büdcəsi balansı kimi baxmağın mümkün olduğu imperiya hesablarının Kitabı adını almışdı.

Tədqiqatçılar Brevariumda aşağıdakı xarakterik xüsusiyyətləri fərqləndirirlər:

  • qeydlərin məcburi sənədləşdirilməsi;
  • pul vəsaitlərinin uçotu ilə təbii dəyərlərin uçotu arasında ciddi fərq;
  • cari uçotda xronoloji qeyd və əvvəlcə başlıca mədaxil, sonra isə çıxılan qalığı göstərən məxaric maddələrinin aylıq sistematik qeydiyyatı;
  • yuxarı orqanlar qarşısında dövri hesabatlıllıq, bundan ötrü kodeksdəki qeydlər mənbə rolunu oynayır.

Roma imperiyası dövründə sistematik qeydlər daha geniş inkişaf etmişdi. Legionlarda hər bir əsgər üçün ayrıca hesab vərəqi açılırdı. Əsgərə ildə üç dəfə maaş verilirdi, həmin maaş ya pulla ödənilirdi, ya da qida, geyim, ayaqqabı və saman şəklində verilirdi.

Təqdim olunan əmlakın və yeməklərin dəyəri hesablanmış əmək haqqından çıxılırdı, qurbanlar istisna olmaqla, praktiki olaraq heç bir vergi yox idi və ödəniləcək məbləğ yüksələn yekun nəticə ilə qeydə alınırdı. Əgər əsgər həlak olurdusa və ya vəfat edirdisə, onun hesabında olan pullar legionun və ya administratorların gəlirinə əlavə edilirdi. Qeydiyyat geniş yayılmağa başladı. Hər bir vergi ödəyicisi üçün şəxsi hesab açılırdı ki, orada da bunlar göstərilirdi: vergiyə cəlb olunan obyekt və onun dəyəri, müxtəlif vergi haqları, ümumi üzvlük haqları.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun