» » » Mühasibat uçotunun inkişaf mərhələləri (7-ci hissə)

Mühasibat uçotunun inkişaf mərhələləri (7-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotunun inkişaf mərhələləri (7-ci hissə)Mühasibat uçotu Abakus

Antik uçot üzərinə gips tökülərək hazırlanan lövhəciklərdə, papiruslarda aparılırdı, qaralama qeydlər üçün isə gil tikələrindən istifadə olunurdu. Yunanıstan ilk hesablama maşını olan abakanın vətəni oldu, elə sikkə şəklində pullar da burada meydana çıxdı.

Pul əvvəlcə müstəqil uçot obyekti kimi, sonra hesablamalarda bir vasitə kimi və daha sonra isə inventar ölçmək üçün bir dəyər ölçüsü kimi çıxış etdi. Uçotda fərqli zərb sikkələri meydana gəldiyindən, onların uçotu zamanı əvvəlcə metal və çəki, daha sonra sikkələrin növü, sonra isə alınma dəyəri nəzərə alınmaqla yığılırdı.

Yunanıstanda mühasibat uçotu iki mənbədən ortaya çıxdı:

  • maddi uçot – inventarlaşdırma;
  • hesablama uçotu – kontokorrent.

Onlarda mühasibatlığın iki başlanğıcı birləşirdi. Xronoloji qeydiyyat üzrə hesabatlılıq məqsədləri üçün rekapitulyasiya – bütün xronoloji qeydlərin sistematik şəkildə bölüşdürülməsi həyata keçirilirdi. Digər mənbə isə dəyərlərin inventar siyahısı idi. Maddi məsuliyyətli şəxslər vəzifəsinə yalnız böyük girov qoya bilən və ya nüfuzlu zaminlərini təqdim edə bilən zəngin adamlar təyin edilirdilər.


Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz


Afinada xüsusi məmurlar və nəzarətçilər var idi ki, onların vəzifələrinə dövlətin gəlirləri və xərcləri haqqında hesabatların tərtib edilməsi daxil idi. Maliyyə uçotu və nəzarət bütün dövlət gəlirlərinin və xərclərinin uçotu, məbəd əmlakının uçotu, daşınar və daşınmaz əmlakın inventarlaşdırılmasının daxil olduğu əhalinin seçdiyi on şəxsin əlində idi.

Dövlət təsərrüfatında yalnız nağd pulun daxil olması və verilməsi faktları qeydə alınmırdı, burada həm də kredit ödənişləri, ödənişlərin digər kassalara köçürülməsi müşahidə olunurdu. Hər bir növ gəlirlər üçün qapağında müəyyən hərf yazılan xüsusi gil qablar ayrılırdı və xərclər üçün məhz, nəzərdə tutulan qabdan pul götürmək olardı. Kassanın açarı məmurlardan birində, sənədlərin yerləşdiyi otağın qapısının açarı başqa məmurda olurdu ki, onlar bu açarları bir-birilə dəyişdirə bilməzdilər. Ödənişləri əks etdirən sənədlər müəyyən müddət ərzində mühafizə olunmaqla saxlanılırdı. Məmurlar pulları qəbul etdikdən sonra ödəyicilərin adlarını pozurdular və vaxtı keçmiş ödənişlər və ödənişsiz şəxslər haqqında məlumatları əks etdirən siyahıları qaytarırdılar. Beləliklə, Yunanıstanda xətti (mövqeli) yazının qəbulu başladı.

Afinada hesabatlılıq ictimai xarakter daşıyırdı: məbədlərin, dövlət idarələrinin hesabatları mərmər və bürünc lövhələrə yazılırdı və xalq yığıncaqlarında nümayiş etdirilir, məbədlərin hasarına, yol kənarlarına vurulurdu.

Yunanıstanda bank sistemi inkişaf edirdi, bankda iki jurnal aparılırdı – onlardan biri mədaxil, digəri isə məxaric əməliyyatları üçün nəzərdə tutulmuşdu. Torpaq məhsul hesab olunurdu, torpağın girov qoyulması yolu ilə ssudalar verilirdi. Aristotel “Politika” əsərində mühasibat uçotu funksiyalarını nəzarət funksiyalarından aydın şəkildə ayırmışdı, üstəlik, yoxlamanı nəzarətin bir hissəsi kimi başa düşürdü. Bu yeni bir yanaşma idi: auditor baş mühasiblə bərabər hüquqlu idi və ondan asılı deyildi.

Ellinizm dövründə uçot üzrə sənədlərin sayı 1000-dən çox olub, onlardan biri Zenonun papirusu idi. Zenon e.ə. 256-cı ildə özəl malikanələrdə yaranmış uçot sistemində islahatlar aparırdı. Mühasibat uçotunun iki məqsədi ifadə edilmişdi:

1)      təsərrüfatın ümumi vəziyyətinin müəyyən edilməsi, bu da maddi dəyərlər ehtiyatlarının sistematik uçotunun təşkilini, debitor və kreditor borclarının müntəzəm uçotunu nəzərdə tuturdu;

2)      fəaliyyətin müxtəlif sahələrində təsərrüfat effektinin hesablanması, iqtisadi analizin ilk üsullarının meydana çıxmasını nəzərdə tuturdu.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun