» » » Mühasibat uçotunun inkişaf mərhələləri (9-cu hissə)

Mühasibat uçotunun inkişaf mərhələləri (9-cu hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotunun inkişaf mərhələləri (9-cu hissə)Mühasibat uçotu, Mühasibatlığın rolu

Romada dövlət və ordu maliyyələrinin uçotu pulun ödənilməsi ilə bağlı bütün əməliyyatları idarə edən kvestorların əlində cəmləşirdi. Bu ödənişlər yalnız sənədlərin tərtib edilməsi üçün yeganə əsas olan ilkin sənədlər təqdim edildikdən sonra həyata keçirilirdi. Xüsusi vergi polisi yaradılmışdı ki, bu orqan vergi ödəyicilərinə qarşı işgəncələr tətbiq edirdi. (Yəqin ki, burada vergiləri ödəməkdən yayınan və ya təyin olunduğundan az vergi məbləği ödəyənlərə verilən işgəncələr nəzərdə tutulur).

İctimai-hüquq hesabatı həm Qədim Roma, həm də Qədim Yunanıstan üçün xarakterik idi.

Roma imperiyasının iqtisadiyyatının inkişafı ilə kredit münasibətlərində də sürətli bir inkişaf müşahidə edildi. Qədim Roma sahibkarları bir-birlərinə pul, mal ilə ssuda verirdilər. Faizlər ayın (kalenda) ilk günündə ödənilirdi, elə buradan faizlə verilmiş kreditlərin qeydləri təqvim adını aldı. Təqvimdə yalnız verilən məbləğlər deyil, borcalana olan faizlər də göstərilirdi. Beləliklə, elə bir hesablanma prinsipi yaranırdı ki, bu prinsipə əsasən, uçotda yalnız faktiki verilmiş və əldə edilmiş vəsaitin məbləğləri deyil, həm də pul və onların ödənilməsi öhdəliklərini almaq hüququ qeydə alınırdı.


Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz


Digər qədim sivilizasiyalarda olduğu kimi Romada da əsas istehsal sahəsi kənd təsərrüfatı idi, buna görə də Roma müəllifləri mülklərdə mühasibat uçotunun təşkili ilə bağlı qeydlər tərtib etmişdilər. Tikintidə qurğuların dəyərləndirilməsində aşınmanı nəzərə alırdılar. Bazar üçün işləyən sənaye istehsalında təsərrüfat fəaliyyətinin nəticələri bütövlükdə müəssisə üzrə bütün xərcləri bütün gəlirlərlə müqayisə etmək yolu ilə müəyyən edilirdi.

Qədim Romada uçotun məqsədi əsasən nəzarətlə əlaqəli idi. Müfəttişlər və nəzarətçilərdən ibarət çox mürəkkəb bir aparat yaradılmışdı, lakin, aldatma və gizlətmə çox geniş yayılmışdı. Qədim Romanın hesabdarları hələ respublika dövründən onlara verilən korporasiyalarda – dekurilərdə birləşmək hüququndan istifadə edirdilər. Beləliklə, hələ o dövrdə Romada mühasiblərin peşəkar birlikləri yaranmışdı. Dövlət hesabdarları kassa və arxivdən ibarət olan erariyanın işləri ilə məşğul olurdular, eləcə də dövlət hesab kitablarını aparırdılar. Magistrlərin hər il dəyişdirilməsi səbəbindən, erariyanı faktiki olaraq, bu daimi hesab işçiləri idarə edirdilər.

Beləliklə, əmlakın inventarlaşdırılması və birbaşa qeydiyyata alınması qədim Roma uçotunun əsasını təşkil edirdi, sonra dolayı bir şəkildə ortaya çıxdı, konkret bir uçot obyektinin əvəzinə birincil sənədlərdən məlumatları qeydə aldı.

Beləliklə, qədim Roma mühasibat uçotunun əsasını inventarlaşdırma və əmlakın birbaşa qeydiyyatı təşkil edirdi, sonra isə ilkin sənədlərdən konkret uçot obyekti ilə bağlı məlumatları qeydə alan dolayı qeydiyyat ortaya çıxdı. Bu andan mühasibat məlumatları və faktiki vəziyyətə adekvat olmağa son qoyacaq, mühasibat uçotu yalnız ehtimal edilən olacaq və inventar yalnız məlumatların reprezentativliyini göstərəcəkdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun