» » » Ezamiyyə xərclərinin gəlirdən çıxılması

Ezamiyyə xərclərinin gəlirdən çıxılması

posted in: Xəbər | 0
birbank biznes

Ezamiyyə xərcləri , Ezamiyye , ƏDV məbləği, Avans ödənişi, Sosial Sığorta haqqı kommunal xərclərin ödənilməsiEzamiyyə xərclərinə dair qanunvericiliyin tələbləri ilə bağlı maraq doğuran sualları mühasib İlkin Lələyev şərh edir.

Vergi Məcəlləsinin 108.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları” haqqında qərarına əsasən, indiyə qədər ezamiyyə xərclərinin təsdiqedici sənədləri olmasa da, bu xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınmasına imkan verilirdi. Vergi Məcəlləsinə son dəyişikliklə təsdiqedici sənədlər olarsa, xərclərin tam məbləğdə ezamiyyə xərci kimi tanınacağı qeyd olunub. Təsdiqedici sənədlər olmadıqda isə ümumi ezamiyyə normasının 20 faizinin (gündəlik xərclər) tam məbləğdə, ezamiyyə normasının 80 faizinin (mehmanxana xərcləri) isə 50 faizinin gəlirdən çıxılmasına imkan verilir.


Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət


Misal: Bakı şəhərinə ezamiyyətə göndərilmiş işçi 1 gün ezamiyyədə olmuş, mehmanxanada qalmasına aid təsdiqedici sənəd əldə etməmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həmin şəxsə 90 manat ezamiyyə məbləği ödənilir. Gəlirdən çıxılan xərc isə bu cür hesablanır:

90 x 20% = 18 manat

90 x 80% x 50% = 36 manat

18 + 36 = 54 manat.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda 54 manat ezamiyyə xərcinin gəlirdən çıxılması mümkündür. Yerdə qalan 36 manat isə gəlirdən çıxılmayan xərc hesab edilir və bölüşdürülməmiş mənfəətdən azaldılır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun