» » » Mühasibat uçotunun inkişaf mərhələləri (10-cu hissə)   

Mühasibat uçotunun inkişaf mərhələləri (10-cu hissə)   

posted in: Xəbər | 0
birbank biznes

Mühasibat uçotunun inkişaf mərhələləri (10-cu hissə)  Mühasibat uçotu

2-ci mövzu. QƏRBİ AVROPA ÖLKƏLƏRİNDƏ ERKƏN ORTA ƏSRLƏR DÖVRÜNDƏ MÜHASİBAT UÇOTUNUN İNKİŞAFI

Erkən orta əsrlər dövründə Qərbi Avropa ölkələrində Roma mühasibatlığı ənənələri davam etmişdir. Tədqiqatçıların fikrincə, uçotda mühafizəkarlıq əsrlər boyunca hökm sürmüşdü, təxminilik prinsipi insanların hərəkətlərinin əsasını təşkil etmişdi. 102-ci ildə italyan Fibonaççi mühasibatlığa ərəb rəqəmlərini tətbiq etdi, lakin, mühasiblərin yeni rəqəmlərin üstünlüyünü dərk etməsi üçün üç əsrdən artıq müddət lazım gəlmişdi. Hesab olunurdu ki, roma rəqəmlərində səhvləri ərəb rəqəmlərində olduğundan daha asan düzəltmək mümkün idi. Uçotun nisbiliyinin dərk edilməsi ilə hesablamaların dəqiqliyi daha da artmışdı. Mühasibat uçotunun dəqiqliyinin və hüquqi əsaslılığının artması Roma hüququnun mühasibatlıqda istifadəsinə kömək etmişdi. Roma hüququ əsasında ticari və iqtisadi hüquq formalaşdı. Tacirlər qeydlər üçün müəyyən tələblər yaradan vasitəçi ssudalar yaratdılar:

1)      başa çatmış əməliyyatlar tarixlərin artan qaydasına uyğun olaraq yazılır;

2)      mühasibat kitablarında qeydlər arasında boş yer qalmamalı idi;

3)      hər bir əməliyyat üzrə buna icazə verən sənədə istinad edilir;

4)      qeydlərdəki bütün rəqəmlər saxtakarlıqlardan yayımaq üçün rəqəmlə deyil, hərflərlə yazılmalıdır.

Əsas uçot üsulları hesabatlılıq və inventarlaşdırma idi, lakin, orta əsr insanları hesab edirdilər ki, şifahi şəhadətnamə yazılı sənəddən daha düzgündür, çünki sonuncunu saxtalaşdırmaq olar, şifahi ifadəni isə saxtalaşdırmaq mümkün olmur.


Məqalənin 9-cu hissəsini buradan oxuya bilərsiniz


Monastır təsərrüfatlarında sistemləşdirilmiş qeydlər olan inventar siyahılarının tərtibi geniş vüsət almışdı. Onlar aşağıdakı əmlak qruplarına ayrılırdılar:

1)      binalar və qurğular;

2)      təsərrüfat inventarları;

3)      ərzaqlar;

4)      mal-qara.

Bu məlumatlar kənd təsərrüfatı uçotunu idarə edən şəxsin təlimatlarında aşkar olunmuşdu. Mənfəət haqqında hesabat ildə bir dəfə təqdim olunurdu, xərc əməliyyatlarının uçotu iki ayrı registrdə aparılırdı:

1)      sahibkarın xərcləri;

2)      təsərrüfatın xərcləri.

Qalığı çıxarmaq üçün cari uçot registrlərinin bütün qeydləri dəyərlər növü üzrə hesablanırdı.

Ödəyicilər və alıcılar arasında münasibətlər birkalı uçot vasitəsilə rəsmiləşdirilirdi. Qərbi Avropa ölkələrində birka-lövhəcikdə ödənişə müvafiq olan kəsik açılırdı. Lövhəcik iki yerə bölünürdü, onlardan biri alanda (mədaxil orderi), ikinci isə ödəniş edənə (qəbz) verilirdi. Hər iki lövhəcik parçasını yanaşı qoyduqda, qeydin doğruluğuna əmin olmaq olurdu. Beləliklə, “xətti qeyd” həyata keçirilirdi. Bu üsuldan maddi məsul şəxslər arasında təsərrüfat daxilində dəyərlərin yerdəyişməsinin qeydiyyatını əks etdirmək üçün də geniş istifadə olunurdu. Birkalardan “veksel”, “çeklər” kimi sərbəst dövriyyədə və nağd pulun əvəzinə borcların ödənilməsi vasitəsi kimi də istifadə olunurdu.

Orta əsrlərdə səyyah mirzə peşəsi yaranmışdı ki, onlar müəyyən haqq müqabilində hesabatları tərtib edirdilər. Orta əsrlərin çiçəklənmə dövründə uçot üzrə xüsusi traktatlar meydana çıxırdı, onlarda sənədlərin tərtibatı ilə bağlı qaydalar göstərilirdi.

Uçot dövlət təsərrüfatında mühüm əhəmiyyət daşıyırdı, İngiltərədə bu xüsusilə nümunəvi formada aparılırdı. “Dəhşətli məhkəmə kitabları” (1086-cı il) əsərindən  biz bilirik ki, uçotun əsasını inventar siyahıyalması təşkil edib. İngiltərə xəzinədarlığında şahmat taxtası palatası ölkənin maliyyə məsələlər ilə məşğul olurdu ki, elə o zaman şahmat formasında uçot registri ortalığa çıxdı.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun