» » » İspaniya vergi sistemi barədə maraqlı məlumatlar (1-ci hissə)

İspaniya vergi sistemi barədə maraqlı məlumatlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

İspaniya vergi sistemiİspaniya vergi sistemi barədə maraqlı məlumatlar


Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda İspaniya vergi sistemi haqqında danışacağıq.

1-ci hissə      

İspaniya əcnəbilər tərəfindən ən çox daşınmaz əmlak, evlər, mənzillər alınan Avropa ölkələrindən biridir. Hər il ispanlar və bu ölkədə mülkiyyət sahibi olan əcnəbilər daşınmaz əmlak və sərvətlərinə görə, eləcə də gəlir vergisi ödəyirlər. Sərmayə yatıranlar isə icarədən əldə etdikləri gəlirlərə və kapital artımına görə vergilər ödəyirlər. Şirkət sahibləri korporativ vergilər hesabına gəlirlərinin dörddə birini itirirlər.

İspaniyada daşınmaz əmlaka görə vergini hər iki tərəf ödəyir: həm satan, həm də alan. Əmlak satan agentliyə komisyon haqqı ödəyir, alıcı isə notarius xidmətini ödəyir və əmlakın qeydə alınmasına görə obyektin dəyərinin 0,5-2,0% həcmində pul köçürür. Daşınmaz əmlak birinci əldən satılırsa, bu zaman müqavilə bağlanarkən alıcı 10% həcmində ƏDV ödəyir, torpaq sahəsi və ya kommersiya obyekti alınan zaman isə stavka 21% təşkil edir. ƏDV ilə yanaşı alıcı həm də obyektin dəyərinin 1,5% həcmində gerb yığımı da ödəyir.

Biznes hesabi

Əgər, obyekt ikinci əl satşı bazarından alınırsa, onda alıcı mülkiyyətə hüquq sahibliyi qazandığına görə vergi ödəməli olur ki, onun da stavkası regiondan asılı olaraq, 6-10% arasında tərəddüd edir.

Mülkiyyətə sahib olduqdan sonra onu alan şəxs daşınmaz əmlaka görə bələdiyyə vergisi ödəyir. Bu zaman da həmin verginin stavkası regiondan asılı olaraq obyektin kadastr qiymətinin 0,405-dən 1,3% təşkil edir. Ödənişlərin dövrülüyü də konkret yerdən asılı olur.  Daşınmaz əmlak sahiblərinin ödədikləri orta məbləğ ildə 200 avrodan 800 avroya qədər olur.

İspaniyada daşınmaz əmlakı gəlirlərinin vergiyə cəlb olunmasının bir neçə xüsusiyyəti var və o, mülkiyyət sahibinin statusundan asılı olur (həmin şəxsin İspaniyada rezident və ya qeyri-rezident olmasından). İspan vergi rezidenti – bu, o şəxs sayılır ki, təqvim ili ərzində ölkə ərazisində 183 gündən artıq yaşamış olsun. Rezidentlər bütün dünya ölkələri ərazisində qazandıqları gəlirlərdən vergi ödəyirlər. Qeyri-rezidentlər isə vergini yalnız İspaniya ərazisində əldə etdikləri gəlirlərdən ödəyirlər. Gəlirlərə görə deklarasiya hər il iyunun 30-da təqdim edilməlidir.

Əmlakın icarəyə verilməsi zamanı əldə olunan gəlirə görə rezident 24%, (Avropa Birliyindən olan rezidentlər isə 19%) vergi ödəyirlər. Vergilər hər ay və ya hər rübdə ödənilə bilər. Məsələn, icarədən illik 20 min avro gəlir əldə olunursa, 24% stavka ilə 4,8 min avro vergi ödəməli olursan. Vergi tutmaya cəlb olunan məbləği amortizasiya hesabına aşağı (ildə 2-3%) salmaq olar. Əgər, qeyri-rezident daşınmaz əmlakı icarəyə vermirsə, onda kadastr qiymətinin 2% həcmində vergi ödəməli olur. Kadastr qiymətləri 1994-cü ildən dəyişikliyə uğrayıb. Əldə edilən məbləğə 24% stavka tətbiq olunur. Məs, kadastr qiyməti 200 min avro təşkil edirsə, vergi tutulmasına cəlb olunan vergi bazası 2,2 min avro təşkil edəcək və belədə 24% məcburi ödəniş 528 avro təşkil edəcək.

 

Məqalənin 2-ci hissəsinə bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.