» » » Ünvanlı dövlət sosial yardımı alanların icbari əmlak sığortası

Ünvanlı dövlət sosial yardımı alanların icbari əmlak sığortası

posted in: Xəbər | 0
birbank biznes
Bu yazımızda ünvanlı dövlət sosial yardımı almaq hüququ olan şəxslər və həmin şəxslərin yaşayış evləri və ya mənzillərinin icbari sığortası barədə izahlar verməyə çalışmışıq.
Məlum olduğu kimi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilmişdir.
Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli (15 yaşından yuxarı olan şəxslər) əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün isə 160 manat məbləğində müəyyən edilmişdir.
Mövzu çərçivəsində qeyd etmək zəruridir ki, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Daha dəqiq desək sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Ünvanlı dövlət sosial yardımı alan ailələri düşünərək dövlət tərəfindən onların yaşayış evləri və ya mənzilləri də dövlət büdcəsi hesabına icbari qaydada sığortalanır.
Bunun üçün həmin ailə sadəcə olaraq istədiyi bir sığorta şirkətinə yaxınlaşaraq bu sığorta şəhadətnaməsini ala bilər.
Mövzu ilə əlaqədar onu da qeyd etmək mümkündür ki, ünvanlı dövlət sosial yardım almaq üçün ailə səlahiyyətli orqana yaşayış yeri üzrə müraciət etməlidir və bu yardım 2 il müddətinə təyin olunur. Müddət bitdikdən sonra yenidən müraciət etmək mümkündür.