Xidmətin adı: Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikat verilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar: – “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə”
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 35-ci maddəsi
– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
– AR Mərkəzi Bankı, VN və banklar arasında elektron sənəd mübadiləsi haqqında “Kollektiv Saziş”
Xidmətin göstərildiyi yer
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün)(ilkin qeydiyyat zamanı: Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotuntəşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi
Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi (ikin qeydiyyat zamanı), MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri
İcra müddəti: 2 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər
Şəhadətnamə-dublikat (VN ilə müvafiq kommersiya bankı arasında elektron sənəd mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə- dublikatın məlumatlarının banka ötürülməsi elektron informasiya ötürücülərindən istifadə etməklə aparılır. Bu zaman vergi ödəyicisinə şəhadətnamə- dublikat kağız daşıyıcısında təqdim olunmur)
Elektronlaşdırma səviyyəsi: İnternet Vergi İdarəsi Portalı vasitəsilə – tam elektronlaşıb Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb (bax 1.6-e nömrəli xidmətə)
Mənbə: taxes.gov.az