» » » Vergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisi-nin misallarla hesablanma qaydası

Vergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisi-nin misallarla hesablanma qaydası

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisi-nin misallarla hesablanma qaydası.

Sual: Sualım Mikro sahibkarlıq Subyekti olan fərdi sahibkarın gəliri barədədir. Misal üçün Fərdi sahibkar 2019-ci ilin yanvarın ayının 1-dən fəaliyyətə başlamışdır. Və bundan əvvəl onun hər hansı fəaliyyəti olmayıb. Fərdi sahibkarın 2019-ci ilin I rübündə gəliri 5 000 manat – xərci 2 000 manat, 2019-ci ilin II rübündə gəliri 5 000 manat – xərci 1 000 manat, 2019-ci ilin III rübüdə gəliri 5 000 manat xərci 2 500 manat, 2019-ci ilin IV rübüdə gəliri 5 000 manat – xərci 4 000 manat təşkil etmişdir. Ümumiklikdə 2019-ci il üzrə gəlirləri 20.000 manat, xərci isə 9 500 manat təşkil etmişdir.

1.Fərdi sahibkar Vergilər Məcəlləsinin 151 bəndinə əsasən cari vergi ödəmələri hansı şəkildə həyata keçirilməlidir?

2.Cari vergi ödəmələri ödənilərkən 151.5.2 bəndi hansı şəkildə gözlənilməlidir?

Biznes hesabi

3.Xahiş edirəm ki, hər rüb üzrə cari vergi ödəmələrini yuxarıda göstərilən misala uyğun bildirərdiniz.

Cavab: Əvvəlki ildə fəaliyyəti olmayan fərdi sahibkar Vergi Məcəlləsinin 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalı və bu barədə rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq arayış təqdim etməlidir. Sorğunuzda qeyd olunan halda il ərzində gəlir və xərcləri nəzərə alaraq cari vergi ödəmələri aşağıdakı qaydada hesablanır.

1-ci rüb (aprel ayının 15-dən gec olmayaraq) (5 000-2 000) x 20% x 75%=450. 450-75%=112.5 (cari vergi ödənişi)

2-ci rüb (iyul ayının 15-dən gec olmayaraq) (10 000-3 000) x 20% x 75%=1050. 1050-75%=262.5 (ödənilməli məbləğ 262.5-112.5=150)

3-cü rübdə (oktyabr ayının 15-dən gec olmayaraq (15 000-5 500) x 20% x 75%=1425. 1425-75%= 356.25 (ödənilməli məbləğ 356.25-262.50=93.75)

4-cü rübdə (yanvar ayının 15-dən gec olmayaraq) (20000-9500) x 20% x 75%=1575. 1575-75%= 393.75 (ödənilməli məbləğ 393.75-356.25=37.5)

İllik yekun hesablama (20 000-9 500) x 20%=2100 2100-75%=525

Yekun ödəmə isə 525 – 393.75 (il ərzində ödənilən cari vergi ödənişləri) = 131.25.

Qeyd olunanlardan göründüyü kimi, cari vergi ödəmələri artan yekunla hesablanır, yəni hər rüb üzrə hesablanan cari vergi məbləğindən əvvəlki rüblərdə ödənilmiş cari vergi məbləğləri çıxılır. Hesablamalarda sonda çıxılmış 75 faiz məbləğ isə mikro sahibkarlar üçün nəzərdə tutulmuş güzəştdir və hər rüb nəzərə alınır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.