» » » İspaniya vergi sistemi barədə maraqlı məlumatlar (2-ci hissə)

İspaniya vergi sistemi barədə maraqlı məlumatlar (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Ispaniya vergiİspaniya vergi sistemi barədə maraqlı məlumatlar


Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda İspaniya vergi sistemindən söz açacağıq.

2-ci hissə

Gəlir vergisi stavkası rezidentlər üçün 2016-cı ildən 20-47% təşkil edir. Qeyri-rezidentlər üçün isə 24% (Avropa Birliyinə daxil olan ölkələrdən hər hansı birinin rezidenti üçün isə 19%) təşkil edir. Aktivlərin dəyəri 700 min avronu ötürsə, onda həm də sərvətin həcminə görə vergi ödəməli olursan. Cari il üçün həmin vergi, növbəti ilin iyun ayının 3-də mütərəqqi əmsal üzrə ödənilir: bu zaman stavkalar 0,2-2,55 arasında tərəddüd edir. “Sərvət” anlayışı altına daşınmaz əmlak, peşə fəaliyyəti ilə əldə edilən gəlirlər,bank əmanətləri, müvəqqəti gəlir mənbələri, zinət əşyaları (zərgərlik məmulatları, şubalar, idman avtomobilləri, yaxtalar, təyyarələr), incəsənət əşyaları və əntiq əşyalar nəzərdə tutulur.

Vergi rezidentləri üçün gəlir vergisi stavkaları.

İspaniyada 2016-cı ildən başlayaraq rezidentlər üçün gəlir vergisi 19%-dən 45%-dək təşkil edir. Qeyri-rezidentlər üçün isə 24% (əgər şəxs Avropa Birliyi olan ölkələrdən birinin vergi ödəyicisidrsə, 19%) təşkil edir.

Hüquqi şəxslər üçün gəlir vergisinin analoqu – korporativ vergi adlanır. Bu verginin standart stavkası 25% təşkil edir, yeni fəliyyətə başlayan şirkətlər üçün isə 15% (belə stavka şirkət gəlir gətirməyə başladığı andan iki il ərzində qüvvədə olur) təşkil edir. Gəliri 1 milyon avronu ötən şirkətlər həmçinin bələdiyyə vergisi də ödəyirlər. Vergi stavkaları şirkətin iqtisadi gəaliyyət növündən, kommersiya tikililərinin bu və ya digər bələdiyyələr tərəfindən təyin olunan sahəsindən və digər parametrlərdən asılıdır.

Belə şirkətlərin məcburi ödəniş məbləği ildə 1 min-4 min avro təşkil edir.

İspaniyada mirasa görə vergi də mövcuddur ki, onun da stavkası 7,65%-34% arasında tərəddüd edir. Qohumluq bağlılığı nə qədər uzaqdırsa, vergi stavkası bir o qədər yüksək olur.

Həyat səviyyəsi əməkhaqqı

İspaniyada həyat səviyyəsinə və maaşlara gədikdə, demək lazımdır ki, bu ölkə iqtisadi göstəricilərinə görə Avropa Birliyində beşinci yeri tutur. Əməkhaqqı səviyyəsinə görə isə Avropada 20-ci sırada dayanır, lakin bunun əvəzi olaraq, bu ölkədə ərzaq, geyim məhsulları, xidmətlər, kommunal ödənişlər bir çox qərbi Avropa ölkələrindəkindən 30% aşağıdır.

İspaniyada ən yüksək əməkhaqqı ödənilən peşələr:

  • yüksək ixtisaslı proqramçılar – il ərzində 60 min avro;
  • energetik sahəsində çalışan müəssisə və şəxsi şirkət rəhbərləri – 50-53 min avro;
  • mühasiblər, maliyyəçilər, hüquqşünaslar – 34-39 min avro;
  • texnoloqlar, elmi işçilər – 27-33 min;
  • sənaye sahəsi əməkdaşları – 26,8 min;
  • ekoloqlar, mühəndislər, müəllimlər, orta tibb personalı, balıqçılıq flotu dənizçiləri – 20-25 min avro.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.