» » » Bu şirkətlərin təsnifatı aparılacaq və reyestr yaradılacaq

Bu şirkətlərin təsnifatı aparılacaq və reyestr yaradılacaq

posted in: Vergi, Xəbər | 0

reyestr

Turizm şirkətlərinin təsnifatı aparılacaq və reyestr yaradılacaq


Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Azərbaycanda turizm şirkətlərinin təsnifatının aparılması və reyestrinin yaradılması üçün hazırda dünya təcrübəsi öyrənilir: “2015-ci ildən turizm sektorunda lisenziyaların aradan qaldırılması olduqca böyük irəliləyiş idi.

Bundan sonra ölkədə xeyli sayda turizm şirkətləri fəaliyyətə başladı. Bu, müəyyən qədər problemlər də yaradır. Bizim üçün vacib olan məsələ turizm xidməti alan müştərilərin məmnunluğudur.

Biznes hesabi

Bunu isə ancaq onlara yüksək səviyyədə xidmət göstərməklə əldə etmək olar. Təəssüf ki, bəzi hallarda narazılıqlarla bağlı mesajlar alırıq. Turizm şirkətləri və turistlərə xidmət östərən digər obyektlər bu istiqamətdə işlərini düzgün qurmurlar”.

Bu problemləri inzibati qaydada tənzimləməyin çıxış yolu olmadığını vurğulayan K.Qasımov turizm xidmətlərinin keyfiyyətini artırmaq üçün stimullaşdırıcı tədbirlərə üstünlük verdiklərini, reyestrin təşviqedici formada tətbiq ediləcəyini bildirib: “Bu istiqamətdə ilk addım turizm şirkətlərinin kateqoriyalara görə təsnifatlandırılmasıdır.

Hər bir şirkət reyestrdə öz kateqoriyasına görə yerləşdiriləcək. Turistlər, səyahətçilər həmin reyestrə daxil olaraq istədikləri şirkət haqqında ətraflı məlumat əldə edə biləcəklər. Kateqoriyanı almaq üçün turizm şirkətləri müəyyən qaydalara, şərtlərə riayət etməli olacaqlar.

Həmin şərtləri yerinə yetirmək səviyyəsinə uyğun təsnif ediləcək. Daha yüksək kateqoriyada yer alan şirkətlər daha çox müştəri cəlb edə biləcəklər ki, bu da bazarda rəqabət yaradacaq”.

K.Qasımov qeyd edib ki, yaxın gələcəkdə layihə ilə bağlı işlər sürətləndiriləcək. Reyestrdə kənd evləri də yer alacaq və onların qeydiyyatı, həmçinin vergiyə cəlb edilməsi məsələlərinə aydınlıq gətiriləcək.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.