» » » Sahibkarlar üçün dəyirmi masa keçiriləcəkdir

Sahibkarlar üçün dəyirmi masa keçiriləcəkdir

posted in: Xəbər | 0

Icbari Tibbi sığortaSahibkarlar üçün dəyirmi masa keçiriləcəkdir.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 02.05.2019-cu il tarixində “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

“İcbari tibbi sığorta” sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Dəyirmi masada müzakirə olunacaq mövzular:

  • Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq
  • İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
  • Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

Biznes hesabi

https://sahibkarliq.typeform.com/to/DF7fyB

Tədbirin vaxtı: 02 may 2019-cu il, saat 10:00 – 13:00

Tədbirin keçiriləcəyi yer: Nizami küç., 90A, Landmark III

Tədbirin gündəliyi ilə buradan tanış ola bilərsiniz.

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Telefon: +99412 465 76 92 (daixili 121)

ebaliyeva@ask.org.az

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.