» » » Azərbaycanda əlilliyin qiymətləndirilməsinin yeni meyarları müəyyənləşib

Azərbaycanda əlilliyin qiymətləndirilməsinin yeni meyarları müəyyənləşib

posted in: Xəbər | 0

əlilliyin qiymətləndirilməsi yeni meyarlarAzərbaycanda əliliyin qiymətləndirilməsi üzrə yeni meyarlar təsdiq edilib.


Yeni hazırlanan “Əlilliyin müəyyən olunması meyarları”nın 4-cü (Əlilliyin qiymətləndirilməsi meyarları) maddəsinə əsasən, insan orqanizmi funksiyalarının IV dərəcə itirilməsi (81-100%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir.

İnsan orqanizmi funksiyalarının III dərəcə itirilməsi (61-80%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında təyin edilir.

İnsan orqanizmi funksiyalarının II dərəcə itirilməsi (31-60%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.

Biznes hesabi

Orqanizm funksiyalarının I dərəcə itirilməsi (10-30%) hallarında əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılmır. Yalnız səbəb əlaqəsi peşə xəstəliyi, əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır.

Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlar-ın gələn ilin əvvəlindən tətbiq ediləcəyinin gözlənildiyini deyib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.