» » » Dünya qızıl bazarı (4-cü hissə)

Dünya qızıl bazarı (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya qızıl bazarı (4-cü hissə)qızıl bazarı

Rusiyada texniki ehtiyaclar üçün 15-17 ton qızıl (ölkədə istifadə edilən metalın ümumi miqdarının 55-60% – i), zərgərlik məmulatlarının hazırlanmasına isə təxminən 12 ton (40-45%) sərf olunur. Qızıl istehlakçıları olan ölkələr arasında Rusiyanın payı təxminən 1,0% təşkil edir. Bu göstəriciyə görə Rusiya İspaniya, Meksika, Braziliya, Küveyt və digər ölkələrlə eyni sıradadır.

Qızıl öz pul və əmanət funksiyalarını itirdikcə, dünyada onun istehlakının iqtisadi sahələr üzrə strukturu dəyişməyə başladı. İndi bu metal getdikcə daha çox sənayenin ehtiyacları üçün işlədilir. Son 15 ildə zərgərlik sənayesi tərəfindən dünya qızıl istehlakı iki dəfə artaraq ildə təxminən 3 min tona çatmışdır. Zərgərlik üçün isə bütün satıln qızılın % 85-i istehlak olunur. Özü də bu zaman dünya istehlakının 70 faizdən çoxu ənənəvi olaraq qızıl bəzək əşyalarını sevən Asiya və Orta Şərq ölkələrinin payına düşür.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Sarı metala sənayenin digər sahələrində olan tələbat da böyükdür. Müvafiq həcmin yarıdan çoxu elektron sənayesinin payına düşür (elektron, radio və video cihazlarının buraxılması), təxminən 20% diş protezlərinə gedir, qalanı isə müxtəlif sənaye-məişət istehlakının payına düşür – qızıl saplı parçaların hazırlanması, geyim furniturunun qızılla örtülməsi və s.

Sənaye tələbatındakı artım qızıla yaxşı xidmət etdi – bazarın tarazlığını təmin edərək, qiymətlərin daha da enişinin qarşısını ala bildi. Lakin, iqtisadiyyatın real sektorunun bir çox sahələrinin dünya iqtisadi konyukturasından asılı olmasından irəli gələn yeni məqamlar meydana çıxıb. Belə ki, 1998-ci ildə Cənub-Şərqi Asiya ölkələrində pul və maliyyə böhranı dövründə elektron sənayesində istehlakın xüsusilə güclü bir azalması (8%) ilə qızıla dünya sənaye tələbatı təxminən 5% azalmışdı.

2001-ci ildə də dünya yenidən iqtisadi tənəzzül mərhələsinə qədəm qoyarkən, analoji vəziyyət müşahidə olunurdu. Onda qızıla tələbat 1,5% azalmışdı, bu xüsusilə qiymətli zinət əşyalarında özünü göstərmişdi. Və hər kəs yenə də yeni bir eniş qiyməti ehtimalından danışmağa başlamışdı. Qorxular əsassız deyildi –  2001-ci ildə dünya bazarında qızılın qiyməti 3% azalmışdı.

2005-ci ilin əvvəlində neftin qiymətinin artması və dolların zəifləməsi şəraitində zərgərlər qızıl almağa başlamağa qərar verdilər. 2005-ci ilin 1-ci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə zərgərlik sənayesi tərəfindən qızıl istehlakı 17%, 1411 tona qədər artıb. Bununla yanaşı, monetar ifadədə zərgərlərin qızıl istehlakının həcmi 24% artaraq 20,8 milyard dollara çatıb.

Ümumiyyətlə, 2005-ci ilin birinci yarısında dünya qızıl istehlakı ton ifadəsində 21% (1.939 tona çatmış) və dollar ifadəsində 29 % (26.4 milyard ABŞ dollarına qədər) artmışdır.

Lakin, 2006-cı ilin 1-ci rübündə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə dünya qızıl istehlakının fiziki həcmi 16%, 835,7 tona qədər aşağı düşüb. Ən əhəmiyyətli tənəzzül – 22%, 534,8 tona qədər – zərgərlik sənayesində qeydə alınıb. Qızıl üçün investisiya tələbi də – 6%, 196,1 tona qədər azalıb. Dollar ifadəsində 1-ci rübdə qızıl istehlakı 9%, 14,9 milyard ABŞ dollarına qədər artıb, əlbəttə ki, bu,  qiymət artımı ilə bağlıdır. Bununla yanaşı, qızıl bazarında təklifin həcmi ötən ilin birinci rübünün məlumatları ilə müqayisədə 15% azalıb, 868,4 tona düşüb. Üstəlik analitiklərin əvvəlki proqnozlarının əksinə olaraq tədarük istehsal səviyyəsinin düşməsi səbəbindən yox, əksinə 5 % artaraq 606,8 tona yüksəlmişdi, lakin, qızıl satış həcmindəki azalma səbəbindən – mərkəzi banklar tərəfindən 57 % qədər, 116,3 tona kimi – azalmışdı.


Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun