» » » Dünya qızıl bazarı (3-cü hissə)

Dünya qızıl bazarı (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya qızıl bazarı (3-cü hissə)Qızıl bazarı

1993-cü ildən 2005-ci ilə qədər olan dövrdə də qızıl istehsalı artıb: Peruda demək olar ki, 850 %, İndoneziyada – 368 %, Çində – 180 %, Meksikada – 100 % – dən çox, Malidə isə qızıl hasilatı 10 dəfə artıb, Argentina və Qırğızıstan Respublikasında qızıl mədən sənayesi yaradılıb və qeyd edək ki, bu zaman dünyada artım tempi yalnız 8,7 % təşkil etmişdi.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

2007-ci ildən dünyanın ən böyük qızıl istehsalçısı Çindir. 2015-ci ildə bu ölkədə qızıl hasilatının həcmi 490 tona çatıb. İkinci yerdə 300 tonla Avstraliya yerləşir. Rusiya 242 tonla (2015-ci ilin məlumatı) üçüncü yerdədir. Dördüncü və beşinci yerləri isə 200 və 150 tonla müvafiq olaraq ABŞKanada bölüşürlər.

Qızılın qiymətinin güclü və uzunmüddətli enişi dövründə (1996-2001 – ci illər) qızıl mədən şirkətləri həm cari, həm də kapital xərclərini əhəmiyyətli dərəcədə azaltmışdılar. Bu, geoloji-kəşfiyyat işlərinin həcminin azaldılması, rentabelsiz mədənlərin bağlanması, ucuz işçi qüvvəsi olan ölkələrdə kapitala və əməyə qənaət texnologiyalarının tətbiqi, qızıl hasilatının sürətlə inkişaf etdirilməsi yolu ilə əldə edilmişdi. Əgər 1980-ci illərdə xaricdə qızıl hasilatının əsas artımı ABŞ, Avstraliya və Kanada tərəfindən təmin edilirdisə, 1990–cı illərin ortalarından bu ölkələrdə hasilat sabitləşdi, sonradan isə azalmağa başladı. Eyni zamanda, Çin, İndoneziya, Peru və Qanada istehsal sürətlə artmışdı. Son illər ərzində qızıl hasilatı ilə məşğul olan şirkətlərin birləşməsi davam edir. İri şirkətlər vəsaitləri səfərbəretmə imkanları, elmi–texniki siyasətin aparılması, siyasi və iqtisadi risklərin şaxələndirilməsi üzrə üstünlüklərə malikdirlər.

Son illərdə inkişaf etmiş Qərb ölkələrinə nisbətən ucuz işçi qüvvəsi, ucuz elektrik enerjisi və s.-də üstünlüklərə, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə struktur dəyişiklikləri, qızıl hasilatı və istehsalı sahəsində rəqabət mühitinin artmasından xəbər verir.

Dünyada qızıl istehlakı 

Qızıl istehlakçılarının əsas ölkələri dəqiq şəkildə iki qrupa bölünür. Bir tərəfdən, bu, texniki cəhətdən inkişaf etmiş ölkələr qrupudur. Onlar qızıldan texnika və sənaye sahələrinin müxtəlif sahələrində, eləcə də zərgərlik məmulatlarının istehsalında daha geniş istifadə edirlər. Qızılın texniki məqsədlər üçün istifadə olunmasında lider olan ölkələr arasında: – Yaponiya, ABŞ və Almaniya vardır. Burada qızıl elektron və elektrotexniki, kosmik, cihazqayırma sənayesində yüksək texnologiyaların inkişafının göstəricisi kimi çıxış edir.

Digər dövlətlər qrupu elə ölkələrdir ki, qızılın böyük hissəsi, bəzən isə bütün kütləsi yalnız zərgərlik sənayesinin ehtiyacına sərf olunur. Onların arasında: Avropada – İtaliya, Portuqaliya; Cənub-Şərqi Asiyada – Çin, Hindistan və Asiyanın ada ölkələri (İndoneziya, Malayziya); Yaxın Şərq, Kiçik Asiya və Şimali Afrika – Ərəb Əmirlikləri, İsrail, Küveyt, Misir.

Dünya zərgərlik sənayesində istifadə olunan qızılın 15,68 -i Avropada – zərgərlik məmulatlarının əsas istehsalçısı olan İtaliyaının  payına düşür; qızıl zinət əşyalarının əsas Asiya istehsalçısı olan Hindistanın payı isə 15,2%  təşkil edir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun