» » » Dünya qızıl bazarı (2-ci hissə)

Dünya qızıl bazarı (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Dünya qızıl bazarı (2-ci hissə)qızıl bazarı

Nağd qızılın əsas istehlakçısı zərgərlik sənayesidir ki, burada tələbat sasən qızılın qiyməti ilə müəyyən edilir: qiymət nə qədər aşağıdırsa, tələbat da bir o qədər yüksəkdir. Lakin, bu qanunauyğunluq dünyanın iqtisadi yüksəliş dövrlərində fəaliyyət göstərir, tənəzzül dövründə isə zərgərlik sənayesinə tələbat azalır və qiymətlər də nisbətən aşağı düşür.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Belə bir maraqlı vəziyyət yaranıb. Qızıl hasilatçıları qızılın əsas həcmlərini dünya bazarına çıxararaq malın qiymətinə sırf iqtisadi üsullarla –  qiymət dəyişiklikləri zamanı təklifin həcmlərinin dəyişməsi ilə təsir etmək üçün nisbətən kiçik imkanlara malikdirlər. Onların iki yolu olur. Bunlardan birincisi, qızılın son satış həcmlərini azaltmaq və qaydaya salmaq məqsədi ilə beynəlxalq bankların siyasətinə təsir göstərməkdir. İkincisi, qiymətlərin böyük dəyişikliklərə uyğunlaşdırılması, qiymətlərin aşağı düşdüyü dövrlərdə xüsusi xərcləri elə azaltmağı bacarmaqdır ki, bu şərtlər daxilində də istehsalın rentabelliyini təmin etsin.

Dünyada qızıl hasilatı

GFMS-in məlumatına görə, artıq 2003-cü ilin sonunda hasil edilən qızılın dünya ehtiyatları 150,4 min tona yaxın təşkil edib. Bu ehtiyatlar aşağıdakı kimi paylanıb:

  • dövlət Mərkəzi bankları və beynəlxalq maliyyə təşkilatları – təxminən 30 min ton;
  • zərgərlik məmulatlarında – 79 min ton;
  • elektron sənayesində və stomatologiyada – 17 min ton;
  • investisiya yığımları – 24 min ton.

2013-cü ildə hasil edilən qızılın dünya ehtiyatları, hər il metal hasilatının həcmi nəzərə alınmaqla, daha da artıb və təxminən 180 min ton təşkil edib.

Son 25 il ərzində qızıl hasilatının və kəşfiyyatının inkişafının dünya tendensiyalarının təhlili göstərir ki, qızıl istehsalının həm artımı, həm də azalması meylləri fəal şəkildə özünü göstərir. Ötən əsrin yetmişinci illərində qızılın bazar qiymətinin dəfələrlə artması dünya birliyinin əksər ölkələrində onun istehsalçılarının fəallığına ciddi təsir göstərib. Zəif və çətin saflaşdırıla bilən filizləri emal etmək; balansdankənar ehtiyatları (əvvəllər texniki-texnoloji və iqtisadi səbəblərdən hasilata yararsız hesab edilən) istismara cəlb etmək;  əvvəllər tərk edilmiş və “konservasiya edilmiş” karxanaların və poliqonların, mədənlərin və şaxtaların istismarını bərpa etmək; bir çox dağ-mədən və zənginləşdirici kombinatların tərkibində müəyyən miqdarda metallar olan texnogen çöküntülərini (ilkin emal zaman səmt komponentlər və ya tam təmizlənilməmiş komponentlər) emal etmək faydalı olub.

Son üç onillikdə dünyada qızıl hasilatının coğrafi strukturu kökündən dəyişib. Belə ki, 1980-ci ildə Qərb ölkələrində qızılın ümumi istehsalı 944 t təşkil edirdi, özü də həmin qızılın 675 t və ya 70% -dən çoxu CAR-da istehsal olunurdu. Artıq 1990-cı ildə kəskin dəyişikliklər baş verdi. CAR dünyada ən böyük istehsalçısı kimi qalmaqda davam edib, lakin, onun istehsalı 605 tona (Qərb ölkələrində ümumi qızıl istehsalının 35% -i) kimi azalıb. Eyni zamanda, Qərb ölkələrində qızıl istehsalı 80-ci illə müqayisədə 83% artıb – 1755 tona qədər artıb.

Qızılın istehsalı sürətli templərlə artaraq ABŞ-da 294 t (1980-ci il səviyyəsini 10 dəfə üstələyib), Avstraliyada 244 t (14 dəfə), Kanadada 169 t (təxminən 3,5 dəfə) səviyyəsinə yüksəlib. Sakit okean hövzəsinin cənub-qərb hissəsində – Filippin, Papua-Yeni Qvineya və İndoneziyada yeni böyük qızıl produsentləri yaranmışdır. Latın Amerikasında qızıl hasilatı sürətlə artırdı. Qızıl mədəninin ərazi strukturunda mühüm dəyişikliklər 90-cı illər ərzində də baş vermişdir.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun