» » » Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (1-ci hissə)

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (1-ci hissə)Rokfeller

1874-cü il yanvarın 29-da  kiçik amerikalı neft sənayeçisi, maliyyəçi, tarixdə ilk milyarderin oğlu və əfsanəvi Rokfellerlər sülaləsinin əsasını qoyan kiçik Con Devison Rokfeller dünyaya gəlib.

Rokfeller soyadı və “sərvət” sözünün – sinonimdir.  Tanınmış politoloq Nikolay Zlobinin fikrincə, Rokfellerlər Amerikanın iqtisadi və siyasi mədəniyyətinin ikonasıdır, Amerikanın qızıl dövrünün simvollarıdır. Amma, sülalə tədricən öz statusunu itirməkdədir – qohumların sayı getdikcə daha da artır, milyardlar isə başqalarının əllərində cəmləşməkdədir. Buna baxmayaraq, Rokfellerlər hələ də mövcuddur. “Bu ailənin üzvləri, birincisi, Amerikanın siyasi isteblişmentinin ümumi əhval-ruhiyyəsinə təsir edirlər, – deyə Zlobin qeyd edir. – Böyük hüquq firmaları, lobbi firmaları, KİV-lər, hərbi qurumlar arasında onların nümayəndələri az deyil. Baxmayaraq ki, təsiri əvvəlki kimi deyil, bəzi səviyyələrdə bu mövqelər yenə də müqayisə olunur”.

Baba – at oğrusu

Tarixdə ilk milyarder olan şəxsin atası Uilyam Rokfeller 1810-cu ildə anadan olub. Rəsmi olaraq o, dərman ticarəti ilə məşğul olmuşdu. Ancaq, adi bir əczaçı deyildi, heç bir xüsusi təhsili də yox idi və xalq təbabəti ilə məşğul olanlarla əməkdaşlıq edərək, dərman satışı ilə ticarət edirdi. Uilyam ABŞ-ın şimali-şərq hissəsi ilə səyahət edərək, şübhəli dərman iksirləri satırdı. 1849-cu ildə Uilyamın oğlu Con Rokfellerin 10 yaşı olanda, ailə təcili şəkildə yaşayış yerini dəyişdirməli olmuşdu, buna yer dəyişdirmək də demək olmazdı. Əslində ata Rokfeller ailəsi ilə birlikdə həmin yeri qaçaraq tərk etmişdi. Sənədlər bu qaçışın ciddi səbəblərlə bağlı olduğunu təsdiq edir – belə ki, Uilyam Rokfeller at oğurluğunda ittiham olunurdu.

Lal-kara ərə getmək

Dünyanın varlı adamının anası Elayza Devison idi. Qadın növbəti fırıldaqçılıqda iştirak edən və özünü lal-kar kimi qələmə verən Uilyamı ilk dəfə gördükdə, belə söyləmişdi: “Əgər bu şəxs lal-kar olmasaydı, mən ona ərə gedərdim!”. Uilyam bunun faydalı bir fikir olduğunu çox tez başa düşdü – atası Elayzaya 500 dollarlıq cehiz verəcəkdi. Çox tezliklə onlar nişanlandılar, iki ildən sonra isə böyük Con-Rokfeller dünyaya gəldi.

Onun yaxşı eşitdiyini aydınlaşdıranda Elayza ondan ayrılmadı. Qadın hətta əri Nensi Braunu evə gətirəndə belə, yenə də onu atmadı, o və Elayza növbə ilə Uilyam üçün uşaqlar dünyaya gətirməyə başladılar.

Qazanc dalınca əri gecələr gedirdi. O, hara və nə üçün getdiyini izah etmədən qaranlıqda yoxa çıxırdı və bir neçə ay sonra sübh çağlarında geri qayıdırdı – Elayza pəncərə şüşəsinə dəyən kiçik daşın səsindən yuxudan ayılardı. O, evdən bayıra qaçır, darvazanın qapılarını açardı və əri yeni bir atın üstündə, əynində təzə bir kostyum, bəzi vaxtlarda isə barmaqlarında brilyant qaşlı üzüklərlə icəri daxil olardı.

Yaraşıqlı kişi az pul qazanmırdı: atıcılıq müsabiqələrində prizlər əldə edir, “Qolkondadan olan dünyanın ən gözəl zümrüdlə ri” lövhəsi asılmış mağazada bu cür qiymətli daşlarla alver edirdi və özünü məşhur otlarla müalicə həkimi kimi təqdim edirdi. Qonşuları onu iblis-Bill adlandırırdılar: bəziləri Uilyamı peşəkar qumar oyunçusu, digərləri isə quldur hesab edirdilər.

Bir neçə illik sərgərdan həyatdan sonra Rokfellerlər ailəsi nəhayət Klivlenddə oturaq həyata keçdilər, lakin, ona görə deyil ki, Big Bill – Uilyam Rokfelleri at həvəskarları arasında belə adlandırırdılar –  belə istəmişdi. Sadəcə 1855-ci ildə günlərin birində, o, şəxsini həkim Uilyam Livinqston kimi tanıyan Marqaret adında tamamilə gənc bir qızla evlənərək, naməlum istiqamətə üz tutmuşdu.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun