» » » Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (2-ci hissə)

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Pullar və Rokfeller sülaləsi barədə 10 əhvalat (2-ci hissə)Rokfeller

1874-cü il yanvarın 29-da  kiçik amerikalı neft sənayeçisi, maliyyəçi, tarixdə ilk milyarderin oğlu və əfsanəvi Rokfellerlər sülaləsinin əsasını qoyan kiçik Con Devison Rokfeller dünyaya gəlib.

Uşaq yaşlarından biznes

“Anam və rahib kiçik yaşlarımdan mənə zəhmət çəkməyi və qənaət etməyi təlqin etmişdilər”, – Con Rokfeller – xatırlayırdı. “Bizneslə” məşğul olmaq ailə tərbiyəsinin bir hissəsi idi. Hələ erkən uşaq çağlarından Con bir funt konfet alaraq, onu kiçik topalara bölərək üzərinə faiz qoymaqla öz bacılarına satırdı. Yeddi yaşında bəslədiyi hind toyuqlarını qonşularına sataraq 50 dollar pul qazanmışdı, sonra isə həmin məbləği illik 7%-lə  qonşusuna borc vermişdi.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

“O, çox sakit oğlan idi, – şəhər sakinlərindən biri çox illər sonra belə xatırlamışdı – o, daim düşünərdi”. Kənardan baxdıqda, Con dağınıq fikirli nəzərə çarpırdı: sanki uşaq daim hansısa həllolunmaz bir problem üzərində düşünürdü. Təəssürat aldadıcı idi –  oğlan əzmkar yaddaşı, duruşu və sarsılmaz bir sakitliyi ilə seçilirdi. Dama oynayarkən, hər gediş üzərində yarım saat düşünərək partnyorlarını özündən çıxarmağı bacarırdı.

Eyni zamanda o, çox həssas oğlan idi: bacısı öldükdə Con arxa həyətə qaçaraq, torpağın üzərinə uzanmış və bütün günü orada qalmışdı. Hətta yetkinlik yaşına çatdıqdan sonra da Rokfeller təsvir olunduğu qədər dəhşətli bir adam deyildi: nə vaxtsa o, özü ilə eyni sinifdə oxumuş və vaxtilə xoşuna gələn bir qızın dul qaldığını və kasıb vəziyyətdə olduğunu öyrəndikdə, “Standart oil” şirkətinin sahibi həmin andaca ona pensiya təyin etdirmişdi.

Həddən çox ödəniş edirdilər

Con Rokfeller məktəb təhsilini başa vurmadı. 16 yaşında üç aylıq mühasib kursunu bitirdikdən sonra o, həmin vaxtlar ailəsinin yaşadığı Klivlenddə iş axtarmağa başladı. Altı həftə sonra o, “Hyuitt və Tattl” ticarət şirkətində mühasib köməkçisi yerinə işə düzəldi.

Başlanğıcda ona ayda 17 dollar, sonralar isə – 25 dollar pul ödəyirdilər. Aldığı məvacibi həddən çox olduğunu düşünən Con bundan utanc hissi keçirirdi. Bir sent də olsun boş yerə xərcləməsin deyə, qənaətcil Rokfeller ilk maaşından kiçik mühasibatlıq kitabçası almışdı. Özünün bütün məsrəflərini ora qeyd edirdi və həyatının sonuna kimi həmin kitabçanı mühafizə edib saxlamışdı.

İşə gəldikdə, bu onun muzdla çalışdığı yeganə iş yeri oldu. 18 yaşında Con Rokfeller kommersant Moris Klarkın kiçik partnyoru oldu.

Yeni şirkətə ayağa qalxmaqda 1861-1865-ci illərin Vətəndaş müharibəsi kömək etdi. Döyüşən ordular ərzağa görə səxavətlə ödəniş edirdilər və partnyorlar onları un, donuz əti və duzla təchiz edirdilər. Müharibənin sonlarına yaxın Klivlend yaxınlığındakı Pensilvaniyada neft kəşf edildi və şəhər neft axınının mərkəzində yerləşirdi. 1864-cü ildə Klark və Rokfeller artıq bütünlüklə Pensilvaniya nefti ilə məşğul olurdular. Bir il sonra Rokfeller tam şəkildə neftlə məşğul olmaq qərarına gəldi, lakin, Klark bunun əleyhinə çıxdı. İşi belə görən Con Rokfeller 72 500 dollara partnyorunun da payını satın aldı və özünü bütünlüklə neft biznesinə həsr etdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun