» » » Karl Marks haqqında eşitmədiyiniz beş fakt (2-ci hissə)

Karl Marks haqqında eşitmədiyiniz beş fakt (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Karl MarksKarl Marks haqqında bəlkə də heç eşitmədiyiniz beş fakt

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

O, asudə vaxtımızın olmasını və həmin vaxt ərzində nə edəcəyimizlə bağlı qərarı özümüz tərəfimizdən verilməsini istəyirdi

Necədir, gündə 24 saat və həftədə yeddi gün işləməmək ideyası xoşunuza gəlirmi? Bəs nahar fasiləsi necə? Qocalıqda pensiya almaq istərdinizmi?

Əgər bu suallardan heç olmasa birinə “hə” cavabı versəniz, onda Karl Marksa təşəkkür edin.

London iqtisadiyyat məktəbinin professoru Mayk Sevec deyir: “Sizi saatlarla işləməyə məcbur etdikdə, asudə vaxtınız olmayacaq. Siz bir daha öz şəxsi həyatınızla bağlı sərəncam verə bilməyəcəksiniz”.

Marks yazırdı ki, kapitalist cəmiyyətində bir çox insanlar sağ qalmaq üçün onlarda olan yeganə bir şeyi – öz əməklərini – pul müqabilində satmağa məcburdurlar.

Marksın sözlərinə görə, bu çox vaxt qeyri-bərabər mübadilə idi və o, istismar və kənarlıq hissinə səbəb ola bilərdi: adam özünü sanki baza insan dəyərləri ilə əlaqəsini itirmiş kimi hiss edirdi.

Marks zəhməkeş insanlardan ötrü daha çox üstünlüklər istəyirdi: o istəyirdi ki, biz müstəqil, yaradıcı olaq və ilk növbədə öz şəxsi zamanımızın sahibi olaq.

“Ümumilikdə Marks deyirdi ki, iş bizim bütün həyatımızı müəyyən edə bilməz. O, bizim müstəqillik payımız olan, özümüzün necə yaşamaq istədiyimizi həll etdiyimiz həyatı nəzərdə tuturdu. İnsanların əksəriyyətinin can atdığı bu şey ideal hesab olunur”, – Sevec qeyd edir.

“Marksın belə bir məşhur sitatı var, orada o deyir ki, biz səhərlər ov edə, gündüzlər balıq tuta, axşamlar heyvan otara bilərik və şamdan sonra isə tənqid edə bilərik. O, özgürlüyə, azadlığa və kənarlaşdırmaqla mübarizə aparmaq lazım olduğuna inanırdı”, – deyə, alim əlavə edib.

O, istəyirdi ki, biz işimizdən zövq ala bilək.

Əgər insan “özünün yaratdığı obyeklərdə özünü görə” bilsə, bizim işimiz sevinc mənbəyi ola bilər.

Əməyimiz bizə yaradıcı olmaq və nəyə qadir olduğumuzu daha yaxşı göstərmək üçün bizlərə imkanlar yarada bilər: istər bunlar bizim insan keyfiyyətlərimiz olsun, istərsə də zəka və ya vərdişlərimiz olsun.

Lakin, əgər işiniz sizdən ötrü maraq kəsb etmirsə, sizdə hər hansı bir hiss doğurmursa, nəticədə siz özünüzü əzgin və hüquqları pozulmuş, eləcə də kənarlaşdırılmış bir insan kimi hiss edəcəksiniz.

Bu heç də Silikon vadisindən olan motivasiya üzrə hansısa müasir bilicinin dilindən səslənmir, XIX əsrdə yaşamış birinin dilindən səslənir.

Özünün daha erkən əsərlərində – “1844-cü ilin iqtisadi-fəlsəfi əlyazmlarında” – Karl Marks qarşımızda işdən alınan zövqün rifah ilə əlaqələndirən ilk mütəfəkkirlərdən biri kimi dayanır.

O qeyd edir ki, əgər biz işə bu qədər çox vaxt sərf ediriksə, ondan hansısa sevinc əldə etməliyik.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun