» » » Karl Marks haqqında eşitmədiyiniz beş fakt (1-ci hissə)

Karl Marks haqqında eşitmədiyiniz beş fakt (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Karl MarksKarl Marks haqqında bəlkə də heç eşitmədiyiniz beş fakt

1-ci hissə

Məşhur alman filosofu və iqtisadçısı ilk növbədə kommunist ideologiyasının banilərindən biri kimi tanınır, lakin, onun müasir əmək qanunvericiliyinə də böyük təsir göstərdiyini az adam bilir.

İndi belə hesab edilir ki, Marksın inqilabi nəzəriyyələri çox ağır nəticələrə gətirib çıxarmışdır. Onun fikirləri çoxsaylı sosial eksperimentlər üçün əsas olmuşdur.

Onun nəzəriyyələri totalitarizm, azadlıqların məhdudlaşdırılması və kütləvi qətllər ilə assosiasiya olunmağa başladıqdan sonra, Marksın şəxsiyyətinin qızğın fikir ayrılıqlarına səbəb olması heç də təəccüblü deyil.

Lakin, alman filosofunun başqa, daha çox insanpərvər siması da var ki, onun bəzi ideyaları dünyanı yaxşılığa doğru dəyişib.

İndi Marksın bəzi şeyləri dəqiqliklə proqnozlaşdırdığı aydın olub: belə ki, kiçik, çox zəngin bir qrupun dünya iqtisadiyyatını idarə edəcəyini, kapitalist sisteminin qeyri-sabit olacağını və dövrü maliyyə böhranları ilə bizi  qorxudacağını və sənayeləşmənin isə insanlar arasındakı münasibətləri yaxşılaşdıracağını.

Marksın irsi bizim həyatımızda, hətta XXI əsrdə də hiss olunur. Alman filosofu əsərlərində nələri müəyyən edib?

O, uşaqları işləməyə deyil, məktəblərdə təhsil almağa göndərmək istəyirdi

Ehtimal ki, bu hamımız üçün aydın görünür. Lakin, 1848-ci ildə Karl Marks Fridrix Engelsin birgə müəllifliyi ilə özünün məşhur “Kommunist partiyasının manifesti” əsərini yazarkən uşaq əməyi bir norma sayılırdı.

Beynəlxalq əmək təşkilatının statistikasının göstərdiyinə görə, hətta bu günlərdə belə hər on uşaqdan biri işləməyə məcburdur (2016-cı ilin məlumatları).

Amma, o da faktdır ki, uşaqların böyük əksəriyyəti hələ xeyli əvvəl fabriklərdən məktəb siniflərinə gəldilər. Bu da bir çox hallarda Marksın xidməti idi.

“Məşhur iqtisadçılar: onların ideyaları bizə bu gün necə kömək edə bilər” kitabının müəllifi Linda Yuex qeyd edir: “Marks və Engelsin “Kommunist partiyasının manifesti”inin on bölməsidən biri ictimai məktəblərdə bütün uşaqlar üçün pulsuz təhsil və fabriklərdə uşaq əməyinin ləğvi adlanır”.

Marks və Engels uşaqların hüquqlarını müdafiə edən ilk şəxs deyildilər, lakin, “marksizm XIX əsrin sonlarında bu səs xoruna qoşuldu, məktəb təhsili məcburi hesab olunduqda, artıq kiçik uşaqlara zavodlarda işləməyə imkan vermirdilər”, – Yuex belə deyir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun