» » » Vergi-gömrük güzəştləri üzrə səmərəliliyin qiymətləndirilməsinə başlanılır

Vergi-gömrük güzəştləri üzrə səmərəliliyin qiymətləndirilməsinə başlanılır

posted in: Xəbər | 0
birbank biznes

Vergi və gömrük güzəştləri üzrə səmərəliliyin qiymətləndirilməsinə başlanılır

Aqrar sığorta qaydaları

Nazirlər Kabineti “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “2020-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə Prezidentinin 16 dekabr 2019-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır və gələn il yanvarın 1-də qüvvəyə minəcək.


“Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 3.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 3 noyabr 2020-ci il
№ 436

Faylı yükləyin:  Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları (119 downloads )

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun