» » » Karl Marks haqqında eşitmədiyiniz beş fakt (3-cü hissə)

Karl Marks haqqında eşitmədiyiniz beş fakt (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Karl MarksKarl Marks haqqında bəlkə də heç eşitmədiyiniz beş fakt

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Zəhmətinizin bəhrəsi ilə yaranan qürur hissi, xoşbəxtlik üçün zəruri olan işdən məmnunluq hissi yaradır, alman mütəfəkkiri belə hesab edir.

Marks kapitalizmin sürət, istehsalın və gəlirin artırılması ardınca qaçışının əməyi necə daha da ixtisaslaşdırılmasını tədqiq edib.

Və əgər siz yalnız boltlarda gün ərzində bir neçə min dəfə rezba açmaqla və hər gün eyni işi təkrarlamaqla məşğulsunuzsa, belədə siz çətin ki, öz işinizdən zövq ala biləsiniz.

O istəyirdi ki, insanlar dəyişikliklərə can atsınlar

Əgər sizin cəmiyyətdə bir şey yanlış gedirsə, ədalətsizlik və ya bərabərsizlik hiss edirsinizsə, səs-küy qaldırırsınız və dəyişiklik tələb edirsiniz.

Bununla birlikdə, on doqquzuncu əsrdə İngiltərədə yeni kapitalist cəmiyyəti taqətdən düşmüş işçiyə vahid və hərəkətsiz bir monolit kimi görünə bilərdi.

Lakin, Karl Marks dəyişikliklərə inanırdı və digərlərini də buna inanmağa çağırırdı. Bu ideya coşqu ilə qəbul olunmuşdu.

Mütəşəkkil etirazlar bir çox ölkələrdə ciddi sosial dəyişikliklərə: irqi ayrı-seçkiliyə, homofobiyaya və sinif bərabərsizliyinə qarşı qanunların tətbiqinə gətirib çıxardı.

Londonda marksizm festivalının təşkilatçılarından biri Lyuis Nilsen deyir: “Cəmiyyəti dəyişdirmək üçün inqilab lazımdır; biz cəmiyyəti yaxşılaşdırmaqdan ötrü etiraz edirik. Məhz, bu yolla adi insanlar səhiyyə xidmətlərinə əlçatanlığı və səkkiz saatlıq iş gününün tətbiqinə nail olublar”.

Marksı çox vaxt filosof adlandırırlar, lakin, Nilsen bununla razı deyil. “Hesab edilir ki, o, yalnız fəlsəfi düşüncələrə qapılır və müxtəlif nəzəriyyələr düşünüb hazırlayırdı. Amma, Marksın həyatda nə etdiyinə baxsanız, onun da bir aktivist olduğunu görəcəksiniz: İlk internasionalı o yaradıb, tətillərə çıxan kasıb fəhlələrə dəstək kampaniyalarında iştirak edib”, deyə, o, qeyd edir.

“Onun “Bütün ölkələrin proletarları birləşin!” şüarı – bu, silaha sarılmaq üçün əsl şüardır. Marksın əsl mirası ondan ibarətdir ki, bizim təkmilləşmə uğrunda mübarizə aparmaq ənənəmiz vardır. Hətta etirazçıların özləri özlərini marksist adlandırmırsalar belə, bu, Marks nəzəriyyəsinə əsaslanırlar” , – Nilsen söyləyir.

 “Qadınlar səsvermə hüququna necə nail olublar? Heç də ona görə deyil ki, parlamentdəki adamların qəfildən onlara yazığı gəlib, o səbəbdən ki, qadınlar etirazlar təşkil etmişdilər. Biz istirahət günlərini necə əldə etmişik? Çünki həmkarlar təşkiltları bundan ötrü tətillər təşkil etmişdilər. Sadə insanların həyatını yaxşılaşdıran hər şeyə necə nail olmuşuq?” – aktivist əlavə edir?

Nə etmək olar, görünür, Marksın sosial islahatların lokomotivi kimi mübarizəsi və həqiqətən uğur qazanmışdı və bunu 1943-cü ildə söyləyən ingilis mühafizəkar siyasətçi Quintin Hoqq etiraf etmişdi: “Biz onlara islahatlar verməliyik, yoxsa, onlar bizə inqilab verəcəklər”.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun