Karl Marks haqqında bəlkə də heç eşitmədiyiniz beş fakt
4-cü hissə
Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.
O, bizi dövlətin və böyük biznesin yaxınlaşmaı ilə bağlı xəbərdar edirdi… və KİV-i diqqətlə izləməyə səsləyirdi.
Dövlət və nəhəng korporasiyaların sıx əlaqələri barədə siz nə düşünürsünüz? Google şirkətinin öz servisinə daxil olmaqdan ötrü Çinə gizli giriş verməsi sizin xoşunuza gəlirmi?
Bəs, “Facebook”un seçicilərə təsir etməkdən ötrü istifadəçilərin şəxsi məlumatlarını təqdim etmək üçün sistem yaratmasına necə baxırsınız?
Marks və Engels bu haqda hələ XIX əsrdə öz fikirlərini söyləmişdilər.
Əlbəttə, onlar sosial şəbəkələrdən istifadə etmirdilər, lakin, Buenos-Ayres universitetinin kriminologiya professoru Valeri Veq Vays qeyd edir ki, onlar bu təhdidləri müəyyən edən və onları təhlil edən ilk şəxs olublar.
“Onlar hökumətlər, banklar, biznes və müstəmləkə sisteminin əsas oyunçuları arasında mövcud olan əlaqələri diqqətlə tədqiq etmişdilər. Və onlar XV əsrə kimi gedib çıxmışdılar”, – Veq Vays belə deyir.
Bəs onlar hansı nəticə çıxarıblar? Əgər təcrübə (pis olsa da) iş və dövlət üçün effektivliyini sübut edibsə – məsələn, köləlik müstəmləkələrin gələcək inkişafı üçün təkan olub – bu zaman qanun onu qoruyacaq, Veq Vays qeyd edir.
Marksın mətbuatın gücünə dair düşüncəli baxışları da XXI əsrdə də son dərəcə aktual olaraq qalır.
“Marks işin ictimai rəyə təsir göstərməsinə gəldikdə, mətbuatın vacibliyini dərk edirdi. Bu gün biz feyk (saxta) məlumatlar, mediaqalmaqllar… barədə danışırıq… amma, Marks bütün bunları artıq bilirdi”, – Veq Vays qeyd edir.
“O, həmin dövrdə nəşr olunan məqalələri araşdırırdı və müəyyən nəticəyə gəlirdi: yoxsulların iştirakı ilə törədilən xırda cinayətlər və kriminal hadisələr həddindən artıq şişirdilirdi, halbuki “ağ yaxalıqlar”ın iştirakı ilə törədilən kriminal və siyasi qalmaqallar barədə isə əksinə, susurdular ”, – Veq Vays deyir.
Mətbuat da cəmiyyətin bölünməsindən ötrü təsirli bir vasitə idi.
“Orada deyilirdi ki, irlandiyalılar ingilislərin iş yerini oğurlayırlar, qaraları ağlara, kişilərə qadınlara, mühacirləri isə yerlilərə qarşı qaldırırdılar… kasıb əhali təbəqəsi bir-birilə mübarizə apardıqları bir zamanda varlılar sakitcə öz həyatlarına davam edirdilər”, – deyə, o, qeyd edir.
Və daha bir fakt: marksizm əslində kapitalizmi qabaqlamışdı.
Bu gün bu bəyanat qəribə görünə bilər, amma diqqət yetirin: dünya kapitalizmdən xəbər tutmamışdan əvvəl o, artıq marksizm haqqında eşitmişdi.
Linda Yuex bazarın “görünməz əli” dedikdə, “kapitalizm” termininin, müasir iqtisadiyyatın atası sayılan Adam Smit tərəfindən irəli sürülmədiyini, ilk dəfə bu terminin 1854-cü ildə britaniyalı yazıçı Uilyam Tekkereyin romanında işlədildiyini iddia edir.
“Tekkerey “kapitalist” sözündən “kapital sahibi” mənasında istifadə edib”, – Yuex belə deyir.