» » » Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (1-ci hissə)

Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Daha kiçik, daha güclü daha ağıllı. Süni intellekt nələri bacarır? (1-ci hissə)süni intellekt

İlk elektron hesablama maşınının (EHM) yaradılmasından bəri süni intellektin (Sİ) iqtisadiyyatın müxtəlif sahələrində və gündəlik həyatda istifadəsinə başlanılmasından 75 il keçir. Bu yolun əsas mərhələləri hansılardır?

Hər şey nədən başladı?

İngiltərə, Almaniya və ABŞ alimləri hələ də ilk elektron hesablama maşınının harada yaradılması ilə bağlı mübahisə edirlər. Məsələ ondadır ki, başlanğıc mərhələdə bu kimi işlər daha çox klassik anlamda EHM-ə nisbətən mexaniki differensial logaritmik kalkulyatorlara aid edilirdi.

Ciddi yanaşsaq, ilk elektron kompüterin yaradıcıları kimi amerikalılar hesab olunmalıdır: mühəndis-fizik Con Uilyam Mokli və mühəndis-elektronçu Con Presper Ekert. Onların ENIAC adlandırılan EHM-nin layihələşdirilməsi və hazırlanması üzərində işləri 1943-cü ildən, 1945-ci ilə kimi çəkdi.

Bundan az bir müddət sonra hesablama texnikasının inkişafı ilə qırılmaz surətdə bağlı olan süni intellekt (Sİ) sahəsində tədqiqatlar başlandı. 1950-ci ildə ingilis riyaziyyatçısı və kriptoqrafı Alan Metison Tyuring insan düşüncəsinə bənzər süni təfəkkürün imkanlarını müəyyənləşdirmək üçün test təklif etmişdi: tədqiqatçı insana və kompüter proqramına sual verərək, onlara kimin cavab verdiyini müəyyən etməli idi. Kompüterin vəzifəsi – tədqiqatçını çaşdırmaqdan ibarət olmalı idi. Əgər maşın buna nail olurdusa, belədə süni intellektin əlamətləri barədə danışmaq olardı.

1956-cı ildə Dartmut seminarında “süni intellekt” termininin müəllifi olan amerikalı kompüter alimi Con Makkarti, 10 görkəmli alim qarşısında tapşırıq qoymuşdu: “təbii dillərdən istifadə etməklə, abstraksiyalar və konsepsiyalar yaratmaqla, indi yalnız insanlara tabe olan tapşırıqları həll etmək və öz-özlərini inkişaf etdirmək üçün maşınların necə hazırlandığını öyrənmək”. İki aylıq beyin fırtınası süni intellektin, o cümlədən neyroşəbəkələrin yaradılması üzrə elmi laboratoriyaların formalaşmasına təkan verdi. 1971-ci ildə Intel şirkəti tərəfindən dünyanın ilk kommersiya birkristallı elektron tranzistor sxemindən 4 bitlik Intel 4004 mikroprosessorunun yaradılması ilə bu sahədə yeni imkanlar açıldı. Yarım ildən sonra şirkət yeni 8-bitlik İntel 8008 prosessorunu təqdim etdi.

Neyroşəbəkələrin öyrənilməsi

Süni neyroşəbəkə, bioloji neyroşəbəkələrin fəaliyyəti prinsipi əsasında qurulmuş proqram təminatlı riyazi modeldir. O, ən azı üç təbəqədən ibarətdir. Onlardan biri giriş şəklindədir və bir çox piksellərə bölünür. Digəri –  giriş təbəqədə seçilmiş bütün piksellərin analiz edildiyi və obyekt siniflərinə təyin olunduğu gizli bir təbəqədir. Üçüncü təbəqə – çıxışdır, orada neyroşəbəkə təsvirdə nəyin olduğunu müəyyən edir.

Neyroşəbəkənin təlimi uşağın öyrədilməsini xatırladır: hansısa əşyaları bir neçə dəfə gördükdən sonra, onları bir-birindən fərqləndirməyi bacarır. İlk baxışda zahirən bir-birinə bənzəyən obyektlərin, məsələn, it cinslərinin – çixuaxua və toy-teryerin dərk olunması zamanı neyroşəbəkə böyük ehtimalla başlanğıcda səhvə yol verəcək. Ancaq, elm adamları neyroşəbəkələrin öyrənilməsinin daha sürətli və daha keyfiyyətli olmasını təmin etmək üçün onların üzərində davamlı işləyirlər.

Belə ki, fransız informatika alimi Yan Lekun 1989-cu ildə ABŞ – da poçt indeksi sistemlərinin – əlyazmalı ZİP-kodların neyroşəbəkə tərəfindən tanınması məsələsini həll etmək üçün səhvin əks yayılması alqoritmindən istifadə edib. Elə o, bir il ondan əvvəl obrazların effektiv tanınmasından ötrü xüsusi arxitektura – korrektəedici neyroşəbəkə işləyib hazırlamışdı. Bu maşın təlim metodlarından biridir və maşın görmə texnologiyasının əsasıdır. 2007-ci ildə çoxtəbəqəli neyroşəbəkələr üçün dərin öyrənmə alqoritmləri yaratmış ingilis informatika alimi Cefri Hintonun da böyük töhfəsini də qeyd etmək lazımdır.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun