» » » Böyük Çin çöküşü: O yeni dünya böhranının başlanğıcı ola bilərmi (1-ci hissə)

Böyük Çin çöküşü: O yeni dünya böhranının başlanğıcı ola bilərmi (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Böyük Çin çöküşü: O yeni dünya böhranının başlanğıcı ola bilərmi (1-ci hissə)Çin çöküşü

Çin Kommunist partiyası yerli oliqarxlardan öz pullarını xalqla bölüşməyi xahiş edib və bu birjalarda panikaya səbəb olub.

Çin şirkətlərinin səhmlərinin dəyəri artıq neçə aydır ki, eniş yaşayır. Son günlərdə isə qiymətlərin düşüşü daha da sürətlənib. Çində nə baş verir? Bu, dünyada yeni iqtisadi böhranın başlanğıcı deyil ki?

Böyük yoldaşlara inam

Enişin bir neçə səbəbi var. Birincisi, çin Xalq bankı, ilk olaraq, pandemiya ilə əlaqəli iqtisadiyyata ayrılan maliyyəni ixtisara salıb və əsas faiz dərəcəsini qaldırıb. Bu isə həmişə səhm qiymətlərində əks olunur. İnvestorların nə qədər az pulu varsa və kreditləri nə qədər bahalı olarsa, böyük şirkətlərin səhmlərinin dəyəri o qədər aşağı olar.

İkincisi, Çin hakimiyyəti yerli böyük biznesə təzyiq göstərməyə başlayıb. Əvvəlcə Alibaba korporasiyasının sahibi, yerli milyarder Jack Ma zərbə altına düşdü. Onun törəmə şirkəti ötən ilin sonunda ABŞ dond bazarına buraxılmadı və onu yerli tənzimləyiciyə tabe olmağa məcbur etdilər. Həmçinin ona rekord məbləğdə cərimə – demək olar ki, 3 milyard dollar – təyin etdilər.

Cari ilin yayında isə Çində ən böyük taksi aqreqatoru – Didi üçün problemlər ortaya çıxdı. O, yüksək çinli yoldaşların sözünə qulaq asmadı və öz səhmlərini Nyu-York fond birjasında yerləşdirdi. Bundan sonra şirkətdə genişmiqyaslı yoxlamalar başladıldı. Və indi aqreqatorun gələcəyi ilə bağlı nəsə demək çox çətindir.

Nəhayət, son kədərli xəbərlər daha iki texnologiya sənayesi – onlayn  təhsil və çatdırılma bazarı ilə bağlıdır. Birinci sahədən olan şirkətlərə xarici investorlardan pul götürmək və istirahət günlərində və bayramlarda dərs demək qadağan edilmişdi. İkinciyə isə kuryerlərin maaşlarını artırmaq, onlara sifarişlərin başa çatdırılmasına daha çox vaxt vermək və pensiya ödənişləri ilə təmin etmək tapşırılmışdı.

Onlar niyə belə edirlər?

Bunun da bir neçə izahı var. Hakimiyyətin rəsmi mövqeyi belədir – yerli şirkətlər ABŞ-da deyil, çin birjalarında yerləşdirilməlidir. Məlum olduğu kimi, Pekin və Vaşinqton arasında münasibətlər heç də yaxşı deyil. O səbəbdən potensial geosiyasi düşməni yemləmək nəyə lazımdır.

Məmurların irəli sürdüyü başqa bir arqument isə şəxsi məlumatların qorunması ilə əlaqəlidir. Əgər böyük çin şirkəti ABŞ birjalarında səhmlərini yerləşdirirsə və xarici investorları cəlb edirsə, onlar milyonlarla çinlinin şəxsi məlumatlarına çıxış əldə edə bilərlər. Çin rəhbərliyi bundan ehtiyat edir. Həmin səbəbdən bütün texnoloji şirkətlərdən bu işi dayandırmağı xahiş ediblər. Ən azından, fərdi məlumatlarla necə münasibət qurmaq barədə qaydalar işlənib hazırlanana kimi.

Üçüncü versiya belədir – Çində artan bərabərsizlik ilə mübarizə aparırlar. Ölkədə milyarderlərin sayı getdikcə çoxalır. Əsas kütlə isə öz mövcudluğunu az-çox layiqli şəkildə təmin etmək üçün bütün günü işləməyə məcburdur. Məsələn, valideynlər uşaqların əlavə təhsilinə nəhəng pullar xərcləyirlər ki, onlar aparıcı universitetlərə daxil ola bilsinlər. Ümumiyyətlə, iri biznesmenləri öz üzərlərinə əlavə sosial öhdəliklər götürməyə məcbur edirlər. Çünki Çində hər halda kapitalizm yox, sosializm hökm sürür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun