» » » Şirkətin əmlakı şəxsi məqsədlər və şəxsi əmlak şirkət üçün istifadə edilərsə amortizasiya hesablanmalıdır?

Şirkətin əmlakı şəxsi məqsədlər və şəxsi əmlak şirkət üçün istifadə edilərsə amortizasiya hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: 1. Şirkətin adına alınmış nəqliyyat vasitəsi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur. 2. Sahibkar yaşayış binasındakı şəxsi mənzilini (bina) sahibkarlıq məqsədləri üçün istifadə edib. Sual: yuxarıdakı hər iki halda amortizasiya hesablanmalıdır yoxsa yox? Əgər hesablanmalıdırsa niyə hesablanmalıdır? Əgər hesablanmamalıdırsa niyə hesablanmamalıdır?

Cavab: Bildiririk ki, 1-ci halda şirkətə məxsus nəqliyyat vasitəsinin əvəzsiz olaraq həmin şirkətin rəhbəri (və ya təsisçisi) tərəfindən şəxsi məqsədlər üçün istifadə olunması əmlakın şirkət tərəfindən qarşılıqlı surətdə asılı olan fiziki şəxsə icarəyə verilməsi anlamını verir. Bu halda əqd şirkət tərəfindən bazar qiymətləri ilə qiymətləndirilməli, o cümlədən amortizasiya ayırmaları nəzərə alınmaqla mənfəət vergisinə cəlb olunmalıdır. 2-ci hal ilə bağlı bildiririk ki, Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Bununla belə, həmin yaşayış sahəsindən fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadəsinə yol verilir ki, bu zaman da yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi həyata keçirilir. Müvafiq prosedurların tələblərini yerinə yetirən, əmlakı əsas vəsait kimi uçota alan fərdi sahibkar həmin əsas vəsaitə amortoyzasıya hesblaya bilər. Bax: Mülki Məcəllənin 700-cü və 732-ci maddələri, Mənzil Məcəlləsinin 14-cü və 21-ci maddələri, Vergi Məcəlləsinin 14-cü, 114-cü və 115-ci maddəsi.

Mənbə: www.taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az