» » » Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin edilməsi və verilməsi

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin edilməsi və verilməsi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Müavinətin təyin edilməsi və verilməsi

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.  Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəssisənin olduğu yerdən kənarda (məsələn, ezamiyyət zamanı, məzuniyyət dövründə və i.a.) baş verdikdə də bu Əsasnamə ilə müəyyən olunmuş qaydada verilir.

 Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

 İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir. Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xəstəlik vərəqəsinə (əmək qabiliyyətini itirmək vərəqəsi) əsasən təyin edilir. Başqa sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz.
Xəstəlik vərəqəsi itirildiyi halda müavinət dublikata (sənədin surəti çıxarılmış ikinci nüsxəsi) əsasən verilə bilər.
İşçi əmək qabiliyyətini müvəqqəti itirmə vaxtı başa çatdıqdan sonra işə çıxdığı gün xəstəlik vərəqələrini müəssisənin müdiriyyətinə təqdim edir.
Müdiriyyət xəstəlik vərəqəsinin müvafiq bölmələrində lazımi qeydlər edir və xəstəlik vərəqələrini (siyahı üzrə) müavinətin təyin olunması üçün müavinəti təyin edən komissiyaya təhvil verir. . Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır. Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsi müavinəti alan şəxsin iştirakı ilə baxılır. Müdiriyyətin müavinətin təyin edilməsi üzrə komissiyası xəstəlik vərəqələri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edilməsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiyanın səlahiyyətli üzvü tərəfindən imzalanır.

Zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin təyin edilməsindən tamamilə və ya qismən imtina olunması məsələsinə müavinəti alan şəxsin iştirakı ilə baxılır.

 Sığortaolunanın həmin xəstəlik vərəqəsi ilə müavinət almaq hüququ olmadıqda müavinət təyin edən komissiya rədd etmək haqqında qərar çıxarır və bu barədə rədd etmənin səbəbi göstərilməklə xəstəlik vərəqəsində qeyd olunur.

 Müavinət təyin edildikdən sonra, müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyətli üzvü, müavinətin hesablanması və ödənilməsiüçün xəstəlik vərəqələrini müəssisənin mühasibatlığına verir. Xəstəlik vərəqələri, o cümlədən ödənişə aid edilməyən xəstəlik vərəqələri müavinət təyin edilməsi protokolunda imza olunmaqla verilir.

Ödənilmiş və ödənişə aid edilməyən xəstəlik vərəqələri, o cümlədən müavinət ödənilməsi üçün təqdim edilmiş bütün başqa sənədlər (arayışlar, aktlar,yollayışların geri qayıtma talonları və s.) pul sənədləri ilə birlikdə müəssisənin mühasibatlığında saxlanılır. Xəstəlik vərəqələri bütün başqa pul məxaric sənədlərindən ayrı saxlanılır.

Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.

Təqdim olunmuş sənəd əsasında komissiyasının səlahiyyətli üzvü müavinət almaq hüququnu, onun miqdarını müəyyən edir, müavinətin təyin edilməsi barədə qərar qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Sığortaedən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqəsi müəssisəyə təqdim edildiyi aydan sonrakı ayın 5-dək verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin alınması üçün xəstəlik vərəqələrinin surəti əlavə olunmalıdır. Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əlavə olunmuş formada haqq-hesab təqdim edilməlidir.
 Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.

 Artıq verilmiş müavinət məbləği müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanın müraciətinə əsasən sığortaedən tərəfindən tutulur.

Hər belə halda tutulan məbləğ sığortaolunanın əmək haqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür. Əgərsığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniliş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.

 Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə sığortaolunanın öldüyü günədək almadığı müavinət mərhumlabirgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir.

Sığortaolunanın ölən günədək almadığı müavinət ölənlə qohumluğu və onunla yaşamasının, yaxud onun himayəsində olduğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra verilir.

Vəfat etmiş sığortaolunanın öldüyü günədək almadığı müavinəti onun vərəsələrinin almaq hüququ vardır.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara ölənin tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.

Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.

Müavinət almaq hüququna malik olan valideyn vəfat etdikdə və uşaq doğumu üçün birdəfəlik müavinət alınmadıqda, bu haldahəmin müavinət digər valideynə və yaxud da uşağa.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az