» » » Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (3-cü hissə)

Müxtəlif ölkələrdə vergilər necə tətbiq edilib? (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergilərMüxtəlif ölkələrdə vergilər necə tətbiq edilib?

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Vergisiz koloniyalar

Amerika vergi ödəyiciləri ilə bunlar baş vermişdi. 1770-ci ildə Böyük Britaniyanın amerikan koloniyalarında əksəriyyətin hakimiyyətinə əsaslanan nümayəndəli demokratiya sistemi tətbiq olundu.

Bu yenilik ona gətirib çıxardı ki, amerikan koloniyaları dünya tarixində ən aşağı  vergilərə sahib oldular. Ümumiyyətlə, demək mümkündür ki, bu dünya tarixində ən aşağı vergilər idi.

Bütün koloniyalardakı hökumətlər azsaylı və məhdud səlahiyyətlərə malik idilər. Əksər hallarda o, vergi yox, cərimələrlə, borcların verilməsindən və torpaq satışından əldə olunan gəlirlərlə maliyyələşdirilirdi. Ən parlaq nümunələr isə onilliklər ərzində heç bir vergi yığmayan Pensilvaniya və Nyu-Cersi idi.

Koloniyalarda həyat səviyyəsinin yüksək olması, məhz, vergilərin mövcud olmaması ilə izah olunurdu. Sərhədlərdə hindularla döyüşən müstəmləkəçilər deyirdilər ki, onlardan vergi tutmaq qəribə görünə bilərdi. Axı, onlar digər yerdə qalanların maraqları uğrunda, özü də öz hesablarına vuruşurdular.

Necə olmasından asılı olmayaraq, 1760-cı illərin sonuna kimi Amerikadakı koloniyaçıların əksəriyyəti hətta hansısa vergilərin olmasından belə xəbərsiz idilər.

Nəticədə, o zaman Amerika heç zaman olmadığı kimi, vergisiz cəmiyyət idealına yaxın idi. Bu ondan ötrü digər ölkələrlə müayisədə əhəmiyyətli dərəcədə iqtisadi üstünlük idi və bu fakt ABŞ-ın XX əsrin ikinci yarısına kimi ən aşağı vergilərə sahib bir cəmiyyət olaraq qalmasını izah edirdi.

Bütün amerikalılar kimi ABŞ-ın gələcək prezidenti Corc Vaşinqtonun özü də vergi ödəməyə adət etməmişdi. Amma, 1760-cı illərdə Britaniya hökuməti müstəmləkə vergi sistemini dəyişdirmək lazım gəldiyi barədə düşünməyə başlamışdı.

Burada əsas məqam 1756-1763-cü illərdə avropalıların – belə də demək olar Britaniyanın – bütün dünya üzrə apardığı və ən bahalı müharibə hesab olunan Yeddillik müharibə (Uinston Çörçül hətta onu birinci dünya müharibəsi adlandırmışdı) idi. Müharibə ərəfəsində dövlət borcu 60 milyon funt sterlinq idisə, 1764-cü ildə bu rəqəm 133 milyon təşkil edirdi.

Britaniya xəzinədarlığının hesablamasına görə hər bir ingilisə 18 funt borc düşürdüsə, hər bir müstəmləkəçiyə düşən məbləğ yalnız 18 şillinq təşkil edirdi. Orta ingilis ildə 25 şillinq vergi ödəyirdisə, koloniyaçı yalnız 6 pens ödəniş edirdi ki, bu da 50 dəfə az məbləğ edirdi.

O səbəbdən britaniya elitası belə ədalətsizliyi aradan qaldırmaq barədə düşünürdü. Özü də məhz, bu müharibədən şimali amerikalı koloniyaçılar  daha çox uduşda olmuşdular.

Baş nazir Corc Grenvil aşağdakı vergi yeniliklərini düşünüb tapmışdı. Birincisi, kolonistlərdən gömrük rüsumları kimi mövcud dolayı Britaniya vergilərinin ödənilməsini tələb etmişdi (o zaman ingilis dilli dünyada rüsumlardan yayınma çox populyar idi, qaçaqmalçılar kral gömrük xidməti ilə mübarizə aparan bütün donanmaları formalaşdırırdılar).

Əgər ingilislər imkan daxilində rüsumları ödəməkdən yayınırdılarsa, amerikalılar korrupsiyalaşmış kolonial gömrük xidməti üzündən  – bu xidmətin məmurları iş yerlərini gəzmir və həmin qurumun səmərəsizliyi il ərzində 500 min funt  itkiyə gətirib, çıxarırdı – ümumiyyətlə, bunu ödəməyə belə hazırlaşmırdılar.

Grenvill onları iş yerlərinə qayıtmağa məcbur etməyi düşünürdü, lakin, bu idarəetmə layihələrini məsrəfli edirdi: onlara çəkilən 2 min funt xərcin müqabilində 8 min funtu ötüb keçirdi.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər